Qara Dənizin Röyası kimdir?

Avqustun 20-də Bakının məşhur otellərindən birində Aşıq Elman İbrahiminin “Qara Dəniz Röyası” adlı klipinin təqdimat mərasimi keçirildi.

Qeyd edək ki, musiqisi görkəmli bəstəkar Üzeyir Hacıbəyliyə aid olan “Çırpınırdı Qaradəniz” bəstəsinin sazda möhtəşəm ifası və rəqqasə solist Röya Əliyevanın milli rəqs arnametlərindən ibarət rəqslərinin də yer aldığı sözü gedən klipin çəkilişləri Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı Təbrizdə də aparılmışdır.

Təqdimatda müxtəlif sənət adamları, İrandan şəhərimizə təşrif buyurmuş qonaqlar və media nümayəndələri də iştirak etmişlər.

Mərasimi giriş sözü ilə açan Aşıq Cığatel xanım sazın, sözün qüdrətindən bəhs edən şerlər səsləndirmiş, klipdə məhz Üzeyir bəyin müsiqisinə yer verilməsinin onun üçün də böyük sevincə səbəb olmasından bəhs etmişdir. Tədbirdə iştirak edən Azərbaycanın Xalq artisti Rafiq Hüseynov (Rəmiş) klipi bəyəndiyini  söyləmiş və Aşıq Elmana bundan sonrakı yaradıcılıq işlərində uğurlar arzulamışdır.

Təbrizdən gələn qonaqların və media nümayəndələrinin böyük istəyinə əsasən klip təkrar nümayiş olunmuşdur.

Sözü gedən klipin prodüsseri Asif Hüseynovdur, çəkilişlər isə Cinematography studio ZHİK -ya məxsusdur.

Ülviyyə Ədalətqızı

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: