Gözəllik

“Qara maska” – nın ev şəraitində hazırlanması

Son zamanlar sosial şəbəkələrdə “Qara maska” -nın effektləri barədə çox danışılır. Hətta müxtəlif saytlar vasitəsilə sifariş edənlər də az deyil. Sifariş verməyə ehtiyac yoxdur. Maskanı özünüz də evdə hazırlaya bilərsiniz.

Tərkibi:

kömür həbi – 1 ədəd
jelatin – 1 çay qaşığı
2 xörək qaşığı süd

Hazırlanması : 1 ədəd kömür həbini əzib üzərinə 1 çay qaşığı jelatini və 2 xörək qaşığı südü əlavə edirik. Yaxşıca qarışdırdıqdan sonra 1 dəqiqə mikrodalğalı sobada və ya 2 -3 dəqiqə su hamamında saxlamaq lazımdır. Əvvəlcə maska qatı olur. Su hamamında qaldıqdan sonra isə krem halına düşür. Üzünüzə çəkin və tam qurumağın gözləyin    ( 10-15 dəq). Sonra maskanı üzünüzdən çıxarın. Yumağa ehtiyac yoxdur.

Qeyd: maskanı çəkməmişdən əvvəl üzünüzü 5 dəqiqə buxara verin.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!