“Qarabağ” – “Arsenal” matçının biletləri sabahdan etibarən satışa çıxarılacaq

Oktyabrın 4-də UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ” klubu İngiltərənin “Arsenal” klubunu qəbul edəcək.

Frame.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutacaq matçın biletləri sabahdan etibarən satışa çıxarılacaq. Biletlərin qiymətləri sektorlara uyğun olaraq 2, 3, 5 və 10 manat arasında dəyişir. VIP biletlər isə alıcılara 50 manata təklif olunur.

Biletlərin “qara bazar”a çıxarılmasının qarşısının alınması üçün onları ilkin mərhələdə iki satış məntəqəsindən – “Qarabağ” futbol klubunun fan-mağazalarından və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, həmçinin “iticket.az” saytından əldə etmək mümkündür. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Ətraflı məlumatla iticket.az saytından tanış olmaq mümkündür.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: