FutbolIdman

Qarabağ” Çelsi’yə məğlub oldu

“Qarabağ” Bakı Olimpiya Stadionunda son İngiltərə çempionu “Çelsi” komandası ilə qarşılaşıb. Oyunun 21-ci dəqiqəsində hakimin təyin etdiyi penalti zərbəsini dəqiq yerinə yetirən Hazard qonaqları hesabda önə çıxarıb 0:1.
Çox keçmədən komandamız ikinci dəfə mərkəzə dəvət olunub. Bu dəfə Çelsi’nin Braziliyalı futbolçusu Villian fərqlənib 0:2. 73-cü dəqiqədə Portuqaliyalı hakim Manuel De Souza növbəti dəfə qapımıza penalti zərbəəsi təyin edib. Nöqtəyə yaxınlaşan Fabreqas hedəfdən yayınmayıb 0:3.
Görüşdə son nöqtəni oyunu yüksək səviyyədə keçirən Villian qoyub. Braziliyalı yarımmüdafiəçi uzaq məsafədən baxımlı qola imza atıb. İlk görüşdə olduğu kimi “Qarabağ” bu dəfə də rəqibinə böyükhesabla məğlub olub. Bu qələbə sayəsində “Çelsi” xallarının sayını 10-a yüksəldərək 1/8 final mərhələsinə vəsiqəni təmin edib.
Frame.az
PƏRVİN BAYRAMOV.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!