“Qarabağ” Çempionlar Liqasında ilk xalını qazanıb

Futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü turunun oyunlarına yekun vurulub.

Frame.az xəbər verir ki, üçüncü turda Ağdamın “Qarabağ” komandası Bakı Olimpiya Stadionunda “Atletiko Madrid”i qəbul edib və oyunda hesab açılmayıb.

Hesabında 1 xal olan “Qarabağ”, “Maribor”, “Monako” və “Borussiya Dortmund” turnir cədvəlində 25-28-ci yerləri bölüşürlər.

Komandamız “Benfika”, “Anderlext”, “Olimpiakos” və “Feyenoord”u qabaqlayır. Belə ki, bu komandalar hər üç oyunda meydandan məğlub ayrılıblar.

Qeyd edək ki, Ağdam təmsilçisi növbəti oyununu oktyabrın 31-də səfərdə “Atletiko Madrid”ə qarşı keçirəcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: