“Qarabağ”-ın Çempionlar Liqasının qrup mərhələsindəki ilk oyununun tarixi müəyyənləşib

Tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan təmsilçimiz “Qarabağ” ilk matçını sentyabrın 12-si səfərdə keçirəcək.

Rəqib son İngiltərə çempionu “Çelsi” komandasıdır. iki həftə sonra “Qarabağ” doğma meydanda İtaliyanın köklü klublarından hesab olunan “Roma” ilə qarşılaşacaq.

Qurban Qurbanov’un yetirmələri oktyabrın 18-si çetin Madrid səfərinə yollanacaq. Oktyabr ayının 31-i “Qarabağ” bu dəfə “Atletiko Madrid” klubunu Bakıda qəbul edəcək.

Noyabr ayının 22-si “Çelsi” paytaxtımızın qonağı olacaq. C qrupunun son matçında “Qarabağ” səfərdə “Roma” ilə qarşılaşacaq.

Parvin Bayramov

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: