EventsTəqdimat

Qarabağ Dirçəliş Fondu #KarabakhChallenge kampaniyasına start verib

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə Qarabağın uzun illər davam edən işğalına son qoyub. Lakin torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağda dağıntıların miqyasının nə qədər böyük olması faktı üzə çıxıb. Bərpa işlərinin uğurla və daha qısa zaman ərzində həyata keçirilməsi üçün dövlətin resursları ilə yanaşı, cəmiyyətimizin və diasporumuzun səylərinin də birləşdirilməsi çox vacibdir.

Fondun mətbuat xidmətindən Frame.az-a bildiriblər ki, bu məqsədlə Qarabağ Dirçəliş Fondu #KarabakhChallenge kampaniyasına start verib. Kampaniyaya qoşulanlar dostlarını da dəvət etmək üçün sosial şəbəkələrdə öz qısa videomüraciətlərini paylaşa bilərlər. Paylaşım edərkən #KarabakhChallenge və #QarabağÜçünİanəEt həştəqlərindən istifadə etmək vacibdir.

Qeyd edək ki, Qarabağ Dirçəliş Fondunun rəsmi saytında ianə edən hər kəsə xüsusi “İanə sertifikatı” da təqdim olunur.

Kampaniyaya qoşulan həmvətənlərimiz bu sertifikatı da sosial şəbəkələrdə paylaşa bilər.

Kampaniyaya qoşulmaq üçün QDF-in rəsmi saytında https://qdf.gov.az/iane-et/ bölməsinə daxil olmaq, məbləği seçməklə Fonda ianə etmək lazımdır. İanə məbləğinin sertifikatda göstərilib-göstərilməməsi ilə bağlı seçim etmək mümkündür. İanə uğurla köçürüləndən sonra istifadəçi “İanə sertifikatını əldə et” düyməsini seçib xüsusi sertifikat əldə edir. Həmin sertifikatı qısa videomüraciət ilə birlikdə sosial şəbəkələrdə (feysbuk, instaqram, tviter və s.) paylaşmaq olar. Sertifikatın üzərində əks olunan unikal QR kodu skan edərək, onun əsilliyini yoxlamaq mümkündür.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!