“Qarabağ” yenidən tarix yazdı

Öz meydanında adlı-sanlı “Atletiko Madrid” komandası ilə heç-heçə edən “Qarabağ” yenidən Dünya Futbol İctimaiyyətini təəccübləndirib.

Qarabağ” Madrid səfərinə zədəli Bədavi Hüseynov’suz yollanmışdı. Həmçinin Bakıda keçirilən oyunda qırmızı vərəqə alan Dino Ndlovu da oyunu buraxmaq məcburiyyətində qalmışdı. “Vanda Metropolitano” stadionunda keçirilən qarşılaşmaya gözlənildiyi kimi meydan sahibləri fəal başladılar. Görüşün 4-cü dəqiqəsində Qrizmann’ın uzaq məsafədən endirdiyi zərbədən sonra qapıçı Şehiç komandasını qoldan xilas edib. Fasiləyə beş dəqiqə qalmış “Qarabağ” komandası istəyinə çatıb. Qerye’nin künc zərbəsindən ötürdüyü topa hamıdan tez yetişən Miçel hesabı açıb 0:1.

Hesabda geri düşən meydan sahibləri ikinci hissədə təzyiqi artıraraq 56-cı dəqiqədə bərabərlik qolunu vurmağa müvəffəq olub. Tomas’ın uzaq məsafədən endirdiyi zərbə dəqiq olub 1:1.

Cəmi dörd dəqiqə sonra Ağdam təmsilçisi daha bir zərbə alıb. Pedro Enrike Qodin’ə qarşı etdiyi kobudluğa görə meyddandan qovulub. 70-ci dəqiqədə Felipe Luis’in zərbəsi qapıdan azca aralı keçib. Matçın qalan dəqiqələrində meydan sahibləri bir neçə dəfə hesabda irəli çıxmağa yaxın olsalarda istəklərinə çata bilməyiblər. Vacib 2 xal itirən “Atletiko Madrid” komandası qrupdan çıxmaq şanslarını xeylən çətinə salmış oldu.

Frame.az

PƏRVİN BAYRAMOV

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: