“Qarabağ” qələbə qazandı

Qarabağ 4-1 Sumqayıt 7′ [0-1] Bəxtiyar Həsənalızadə 56 ‘ [1-1] Pedro Enrike 62 ‘ [2-1] Riçard Almeyda (p.) 65 ‘ [3-1] Mahir Mədətov 73 ‘ [4-1] Mahir Mədətov

Qarşılaşmanın 7-ci dəqiqəsində qonaqlar gözlənilmədən hesabı açdılar. Bəxtiyar Həsənəlizadə yaxın məsafədən topu başla qapıdan keçirərək komandasını hesabda önə çkeçirdi 0:1. Buraxılan qoldan sonra irəli atılan meydan sahibləri bir neçə dəfə qol vurmaq imkanı əldə etsə də fasiləyə kimi hesab dəyişmədi. İkinci hissədə təzyiqi artıran “Qarabağ” komandası 56-cı dəqiqədə istəyinə nail oldu. Jezniçak’ın ötürməsindən sonra qapıçı Mehdi Cənnətov çıxışda inamsız oynayaraq topu boş mövqedə olan Pedro Enrike’yə bəxş etmiş oldu. Pedro isə öz növbəsində çətinlik çəkmədən topu boş qapıya göndərərək oyunda tarazlığı bərpa etdi 1:1.

Cəmi altı dəqiqə sonra hakimin təyin etdiyi penalti zərbəsini dəqiq yerinə yetirən Riçard Almeyda “Qarabağ” komandasını hesabda önə keçirdi 2:1. Görüşün 65-ci dəqiqəsində Mahir Mədətov uzaq məsafədən vurduğu baxımlı qolla fərqi iki topa çatdırdı 3:1. 73-cü dəqiqədə Mahir Mədətov daha bir möhtəşəm zərbə ilə qapıçı Mehdi Cənnətov’u məyus etdi 4:1. Matçın qalan dəqiqələrində qapılara top vurulmadı. 4:1 hesabı ilə inamlı qələbə qazanan “Qarabağ” xallarının sayını 15-ə yüksəltdi.

Frame.az

PƏRVİN BAYRAMOV

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: