“Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn güclü komandalardan biridir

Komandamızın əsas heyətini futbolçuların hazırlıq səviyyəsinə görə müəyyənləşdiririk. Çalışıram ki, bütün oyunçularıma şans verim. “Qarabağ” komandasına və bu klubun tarixinə böyük hörmətim var. Bilirəm ki, sabah bizim üçün asan oyun olmayacaq.

Frame.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda Bakı Olimpiya Stadionunda “Qarabağ” komandası ilə qarşılaşacaq “Roma” klubunun baş məşqçisi Eusebio Di Françesko sentyabrın 26-da təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib: “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn güclü komandalardan biridir. Komandanın güclü futbolçuları var və hamısının oyunlarını yaxından izləmişik. Qrupumuzda güclü komandalar yer alıb. Ona görə də bu oyunda qalib gəlməyə çalışacağıq.

“Roma”nın futbolçusu Juan Jesus qarşılaşma ilə bağlı fikirlərini bölüşərkən deyib: “Qarabağ” ilk oyunda məğlub olduğu üçün bu qarşılaşmada qalib gəlməyə çalışacaq. Buna görə də sabah bizim üçün çətin oyun olacağını düşünürəm. Lakin bizim bu oyunla bağlı taktikamız sırf müdafiə olunmaq deyil”.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: