Qarpız seçərkən nələrə diqqət edilməlidir?

Yay mövsümünün əvəzolunmaz dadı qarpız hesab olunur. Bəs qarpız alarkən onun yaxşı olduğunu necə bilək?

Qarpız nə qədər böyük və yüngül olarsa, o qədər dəymiş hesab edilir.

Qabığı bərk olmalı, dırnaqla asanlıqla deşilməməlidir.

Yetişmiş qarpızı əlnən vurduqda o həmişə yay kimi əyilib əlinizi əks etdirməlidir. Həmçinin dəymiş qarpızı qulağınıza söykəyib azacıq iki əlnən əzsəniz qabığı cırıldayacaq.

Zolaqları daha tünd yaşıl rəngdə olmalıdır.

Saplağı spiralvari olmalıdır.

Qarpızın bir tərəfi üstə qaldığından yaranan böyründəki açıq ləkə maksimum sarı, hətta narıncı rəngdə olmalıdır.

Qeyd: Bir tikə qarpızın içini bir stəkan suda qarışdırın. Əgər su sadəcə bulandısa, deməli o yaxşı qarpızdır. Əgər suyun rəngi qırmızı və ya çəhrayı oldusa deməli zərərlidir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: