Qax-ı belə gözəl çəkən olmamışdı-fotolar

Azərbaycanın ən qədim, zəngin tarixi keçmişə malik bölgələrindən biri olan Qax- fotoqraf Rüstəm Məhərrəmovun obyektivində…

“3 Günlük Qax Səyahəti Şəkillərini nəhayət hazırlayıb qurtardım. 1ci Gün Qaxın Kürmük Alban Məbədini, Sarıbaş, Lekit və Qum Kəndlərinə gedərək buradakı Qədimi Tarixi Abidələri gəzdik. Geceni İlisuda keçirdikdən sonra 2ci gün İlisu Kəndi Qalaca (Şamil Qalası) dan dağlara yürüyüşə başladıq. Hardasa 12 saat baş tutan bu yürüyüşdə 2200mdəki fərqli zirvələrdə 2 dəfə çobanların qonağı olduq. Möhtəşəm mənzərələrdən, gözəl meşəliklərdən keçdik. Gecəyə Qaxın Qaşqaçay Kəndinə çatdıq. 3cü gün səhər Qaşqaçay Kəndindən Şəkinin Kiş Kəndinə yürüyüşə başladıq. Kiş yaylağındaki möhtəşəm mənzərə ilə yolçuluğumuz sona çatırdı. Eyni anda üfüq xəttində sağ tərəfimdə batan günəş sol tərəfimdə tam ayın doğuşu.”-deyərək fotoqraf öz xatirələrini bölüşüb.

Sizi fotoqrafın obyektivinə tuş gəlmiş gözəlliklərlə baş-başa qoyuruq. 

Rustam Maharramov Photography  

http://www.instagram.com/rustammaharramov

http://www.facebook.com/maharramovphoto

Frame.az 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: