CinemaEventsTəqdimatƏyləncə

“Qaynana” filminin 40 illik yubileyi ərəfəsində növbəti “Qaynana 2018” təqdim olunacaq

“Caspian Media Group” şirkəti tərəfindən istehsal olunan “Qaynana 2018” filmi müasir qaynananın macəralarından bəhs edir.

1978-ci ildə çəkilən “Qaynana” filminin sountreklərini ifa edən xalq artisti Flora Kərimova bu dəfə qaynana obrazı ilə tamaşaçıların qarşısına çıxacaq. Xalq artistinin canlandırdığı Canan oğlunu imkanlı ve elit ailənin qızı ilə evləndirmək istəsə də, oğlu evlərində çalışan qulluqçunun qızına aşiq olur. Və bütün hadisələr də elə bu sevgi mübarizəsindən sonra başlayır.

Qeyd edək ki, layihənin rəhbəri və filmin baş prodüseri Hüseyn Cavadzadə, rejissoru Orxan Ağazadə, operatoru Şahmar Səfəroğlu, ssenari müəllifi Nicat Dadaşov, rəssamı İmruzə Hüseynova, səs rejissoru Ədalət Xəlilov, ikinci rejissoru Dilşad Baxşəliyeva, qrim üzrə rəssamları isə Sevda Zeynalova və Səbinə İmanovadır.

Filmdə Flora Kərimova, Səfa Mirzəhəsənov, İlham Namiq Kamal, Elməddin Cəfərov, Riad Abdulov, Sevinc Əliyeva, Gülşad Baxşıyeva, Joy Azum Ogochukwuv, Ülviyyə Əliyeva, Kəmalə Məmmədova və başqaları çəkiliblər.

Epizodik səhnələrin birinə isə dünyaca məşhur “Papito” mahnısının ifaçısı rumıniyalı müğənni Seeya çəkilib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!