Mobil dünyaTəqdimat

Qazaxıstan Səhiyyə Nazirliyi Azərbaycanın aparıcı İT şirkətinə təşəkkür məktubu göndərib

Azərbaycanın aparıcı İT şirkəti “Cybernet” tibb sahəsində islahatlara verdiyi töhfəyə görə Qazaxıstan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təşəkkür məktubu ilə təltif olunmuşdur. Bununla bağlı şirkətin əməkdaşları baş direktor İlham Namazov və layihənin direktoru İsmayıl Hüseynli Qazaxıstan tibb təhsili və elmində aparılan islahatlarda iştirakına və Qazaxıstan tibb işçilərinin bilik və bacarıqlarının müstəqil qiymətləndirilməsi sisteminin yaradılmasına verdikləri töhfəyə görə Qazaxıstan Respublikası Səhiyyə Nazirliyi Respublika Səhiyyənin İnkişafı Mərkəzi tərəfindən təşəkkür məktubları ilə təltif olunublar. Dünya Bankının layihəsi çərçivəsində Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin sifarişi ilə “Cybernet”Qazaxıstan Respublikası Səhiyyənin İnkişafı Mərkəzi(RSIM) üçün işləyib hazırladığı İnteqrasiyaolunmuşinformasiya sistemini (İİS) uğurla test edərək təhvil vermişdir.
İİS-in pilot versiyası cari ilin oktyabrında“Cybernet” əməkdaşlarının və RSİM nümayəndələrinin iştirakı ilə uğurla işə salınıb. Pilot versiyanın istifadəsində iştirak etmiş personal sistemdən istifadənin sadə və etibarlı olduğunu qeyd edib.
İnteqrasiya olunmuş informasiya sistemi (İİS) təhlükəsiz şəbəkədə kompyuter testləşdirməsinə dair beynəlxalq tələblərə əsasən Dünya Bankının layihəsi çərçivəsində işlənib hazırlanmışdır. İİS inzibatçılıq, imtahana hazırlıq prosesinin idarə olunması, praktik vərdişlərin qiymətləndirilməsi, forum, vebinar, axtarış və hesabat sistemi kimi modullardan təşkil olunmuş kompleks bir sistemdir. Bu sistem həkimlər və tibb bacıları, ali tibb məktəblərinin məzunları, rezidentləri, internləri, kollec məzunları, professor-müəllim heyəti üçün nəzəri və praktik imtahanın aparılmasını təmin edir. Qeydiyyat, testləşdirmə və nəticələrin hesablanması avtomatik qaydada insan amilinin təsiri olmadan həyata keçirilir. Hər bir iddiaçı üçün yaradılan şəxsi elektron kabinet imtahan tarixini və vaxtını seçməyə, habelə imtahanda iştirak ərizəsi verməyə və onun gedişini izləməyə imkan verir. Testləşdirmənin nəticələri dərhal iddiaçının şəxsi kabinetinə göndərilir, onların silinməsi və yaxud dəyişdirilməsi mümkün deyil. Sistem informasiyanın və məlumat bazalarının bir neçə müdafiə səviyyəsinə, habelə hər hansı bir informasiya bölümünə səlahiyyətli və icazəsiz girişlərin nəzarətinə malikdir.
Səhiyyə mütəxəssislərinin bilik və vərdişlərinin qiymətləndirilməsində İİS-in tammiqyaslı tətbiqinə 2018-ci ilin əvvəlindən başlanması planlaşdırılır. Hazırkı mərhələ sistem praktik fəaliyyətə buraxılana qədər tibb işçilərinin biliklərinin qiymətləndirilməsi zamanı qeydiyyat, testləşdirmə və nəticələrin təhlili prosedurunun həyata keçirilməsində keyfiyyəti və etibarlılığı yüksəldəcək.
Qazaxıstan Respublikası Səhiyyənin İnkişafı Mərkəzi tərəfindən 2016-cı ildə həyata keçirilmiş bilik və vərdişlərin qiymətləndirilməsi zamanı korrupsiya risklərinin aradan qaldırılması üçün inteqrasiya olunmuş informasiya sisteminin (İİS) işlənib hazırlanmasına dair tenderdəAzərbaycanın aparıcı İT şirkəti olan “Cybernet”lə yanaşı Portuqaliya, Slovakiya, Ukrayna, Qazaxıstan və digər ölkələrdən 10 şirkətiştirak edib.Rusiyanın “Bars Group” şirkəti ilə konsorsiumda olan “Cybernet” şirkəti tenderdə qalib gəlib və 2016-cı il dekabrın 6-da Astanada Qazaxıstan Respublikası Səhiyyə Nazirliyi ilə bu sistemin işlənib hazırlanmasına dair müqavilə imzalayıb.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!