Qeydiyyat üçün son 3 həftə “Azərbaycan Təsviri Sənətində Qrafika Dünən və Bugün”

Azərbaycan RespublikasıMədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində“Azərbaycan Təsviri Sənətində Qrafika Dünən və Bugün” adlı respublika rəsm müsabiqəsi elan edilir.

Məqsəd qrafikanın müasir Azərbaycan incəsənətində rolunuvə mövqeyini genişləndirmək, mədəni ictimaiyyətin diqqətini bu sənət növünə cəlb etmək, qrafika sənəti ustalarının yaradıcılığını təbliğ etmək vərəssamların   bu sahəyə intensivmüraciət etmələrini stimullaşdırmaqdan ibarətdir.

Müsabiqədə yaşından aslı olmayaraq hər rəssam təqdim etdiyi əsərin fotosu ilə bərabər Ad və soyad, əlaqə nömrəsi, əsərin adı, ölçüsü və texnikası barədə məlumatı 2018-cı il noyabr ayının 30-nadək Xətai Sənət Mərkəzinin aşağıdakı ünvanlarından birinə göndərməlidir.

facebook: Bakı Xətai Sənət Mərkəzi(https://www.facebook.com/xsm.art.az/)

whatsapp: 00994 51 310 74 01

instagram: xetaisenetmerkezi

email: xsm.2016@mail.ru

ünvan: Az1025. Bakı şəhəri, Xocalı pr 62.

Birinci turdan keçmiş əsərlər sərgi-müsabiqəyə dəvət olunacaq.

I yer-500 AZN

II yer-300 AZN

III yer-150 AZN

Həvəsləndirici mükafat – (5 nəfər)

 Nominasiyalar

Ən yaxşı  kompozisiya – Azərbaycan Respublikası  Mədəniyyət Nazirliyi                                                                          

Ən yaxşı kitab qrafikasına görə –  Azərbaycan Rəssamlar İttifaqı                                                                       

Ən yaxşı  dəzgah qrafikasına görə – Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

Ən yaxşı  plakat qrafikasına görə -Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət Universiteti

Ən yaxşı  sənaye qrafikasına görə – Azərbaycan Dövlət Rəsm  Qalereyası

Ən yaxşı mövzu seçimi -Xətai Sənət Mərkəzi

Qaliblər üçün mükafatla bərabər “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında ətraflı yazı dərc olunması nəzərdə tutulmuşdur.

Qrafikada yeni xətt görmək istərdik.

Unutmayın ki, bu bir yarışmadır və əsəriniz bu yarışmaya rəng qata bilər.

Mövzu sərbəstdir.

Müsabiqədə seçilmiş  əsərlərlə bərabər kolleksiya əsərləri də sərgilənəcək.

Nümayiş olunan əsərlərin müəllifləri diplomla təltif olunacaq.

Müsabiqənin yekun sərgisi – Xətai Sənət Mərkəzində keçiriləcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: