CinemaEventsTəqdimatƏyləncə

“Qeyri-mümkün tapşırıq. Nəticə” filminin premyerasının qapalı nümayişi keçirilib

24 iyul tarixində Park Cinema Park Bulvar kinoteatrında “Qeyri-mümkün tapşırıq. Nəticə” filminin premyerasına 2 gün qalmış qapalı nümayişi baş tutdu. Tədbirdə KİV nümayəndələri, media əhli, bloggerlər, aktyorlar, prodüser və rejissorlar iştirak etmişlər.

Nümayişdən öncə qonaqlar Park Cinemanın Yanardağ şərab brendi, ŞehSu su brendi və şəhərimizin ən yaxşı bürger restoranı BurgerBomb-un dəstəyi ilə təşkil etdiyi furşetdən zövq aldılar.

Filmin özünə gəldikdə isə, heç kimə sirr deyildi ki, film ilin ən çox gözlənilən filmlərindən biri idi və bu səbəbdən zal dolmuşdu.

Film bir çox izləyicilərin gözləntilərini doğrultdu. Yaşının 56 olmasına baxmayaraq, kaskadyor köməyi olmadan Tom Kruzun özünün yerinə yetirdiyi fəndlərlə dolu səhnələr neyə desəniz dəyər. “Qeyri-mümkün tapşırıq” filminin altıncı hissəsinin çəkilişləri zamanı aktyor dəfələrlə həyatını riskə atıb: şosseyə bağlanmış kanatdan tutaraq vertolyotda  uçub; yüksək sürətdə motosiklet sürüb, yüksəklikdən uçan təyyarədən təhlükəli tullanış edib.

Bir çox izləyici Tom  Kruzu xüsusi agent İtan Hantın rolunu canlandırdığı “Qeyri-mümkün tapşırıq” filmindən tanıyır. Eyni adlı teleseriala əsaslanaraq çəkilmiş ilk filmin premyerası 1996-cı ildə baş tutmuşdu, son film isə “Qeyri-mümkün tapşırıq. Nəticə” 22 il sonra çəkilib. Tom Kruzla birgə filmdə Henri Kavill, Saymon Peqq, Rebekka Ferqüson, Alek Bolduin rol almışlar. Filmin rejissoru – Kristofer MakKourri.

Filmin rejissoru sözügedən filmin öncəki hissələri, həmçinin “Turist”, “Mumiya” və “Cek Riçer” kimi filmlərdən tanıdığımız Kristofer Makkourridir.

Filmi Park Cinemanın bütün kinoteatrlarında 2D, 3D və IMAX 3D formatlarında izləmək mümkündür. Lakin bu hələ son deyil! Filmi rus, ingilis və türk dillərində dublyaj, həmçinin Azərbaycan dilində alt yazılarla izləmək mümkündür.

26 iyul tarixindən etibarən Park Cinemanın bütün kinoteatrlarında  – Park Bulvar, Flame Towers, Metropark, Zagulba Mall, həmçinin Park Cinemanın Quba, Masallı və Mingəçevir filiallarında.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!