Beynəlxalq Muğam Mərkəzinin iri miqyasli “Qəzəllər” layihəsi tamaşaçıları bir daha sevindirdi

Dekabrın 20-də  Beynəlxalq Muğam Mərkəzində, Mərkəzin  “Qəzəllər” layihəsi çərçivəsində  şair-qəzəlxan, əməkdar incəsənət xadimi Əliağa Vahidin qəzəlləri mövzusunda gözəl konsert keçdi.

Konsertdə əməkdar artist Ehtiram Hüseynov və Azərbaycan Televiziyası və Radiosunun solisti Kamilə Nəbiyeva Əliağa Vahidin qəzəllərinə “Rast” dəstgahını ifa etdilər.

Xanəndələri tarda Əliağa Sədiyev, kamançada Elşən Mansurov, nağarada Yusif Əzizov müşayiət edirdilər.

Əliağa Vahidin qəlbləri fəth edən qəzəlləri, şux təsnif və rənglər konserti unudulmaz və rəngarəng etdi.

Tədbir qəzəlsevərlər üçün çox maraqlı keçdi  və gur alqışlarla qiymətləndirildi.

Beynəlxalq Muğam Mərkəzinin “Qəzəllər” layihəsinin hər təqdimatında tanınmış və gənc xanəndələrin ifasında tamaşaçılara  qəzəl üslubunda gözəl poeziya nümunələri yaratmış dahi Azərbaycan klassik şairlərinin əsərlərinin təqdim edilməsi davam edəcək.

Layihə davam edir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: