Baku 2017

Qırğızıstan voleybolçuları Tacikistan yığmasına qalib gəliblər

Mayın 16-da İslamiadanın voleybol yarışının altıncı gününün sonuncu oyununda Qırğızıstanın və Tacikistanın qadın idmançıları üz-üzə gəliblər.

Frame.az xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Qırğızıstan voleybolçuları ilk seti qələbə ilə başa vurublar – 25:23. Tacikistan millisi ikinci setdə qalib gələrək (25:20) ümumi hesabda tarazlığı bərpa edib – 1:1. Lakin oyunda təşəbbüsü ələ alan Qırğızıstan yığması üçüncü və dördüncü setlərdə böyük fərqlə qalib gəlib – 25:16, 25:6.

Beləliklə, görüş 3:1 hesabı ilə Qırğızıstan təmsilçilərinin xeyrinə başa çatıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!