“Qış Nağılı” Xeyriyyə Yarmarkası

Dekabrın 3-dən 2017-ci ilin 15 yanvar tarixinədək Nargis Fund-un rəhbərliyi və Amapola Exclusive Events-in təşkilati dəstəyilə Fəvvarələr meydanında növbəti, dördüncü “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası keçiriləcək.

Ənənəyə uyğun olaraq, yarmarkadan toplanan vəsait xeyriyyə işlərinə sərf olunacaq. Nargis Fund yarmarkanın sponsorları – Azərbaycan Beynəlxalq Bankı, Amapola Exclusive Events, Caspian Drilling Company, Qala Həyat, SEBA (Azərbaycan – Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası), Azərİşıq, Elevatione, Norm, Fresh Catering ilə birgə ehtiyacı olan uşaqlara yardım göstərəcəklər (müalicə, əməliyyat və s.). Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin kiçik sakinlərini məşhur insanlarla görüş, sevimli ifaçıların çıxışı, yarmarkanın sponsorlarından ənənəvi suvenirlər, şirniyyatlar və hədiyyələr gözləyir. 

Yarmarkanın sponsorları və iştirakçıları tərəfindən böyüklər və uşaqlar üçün təşkil olunacaq çoxsaylı əyləncə və sürprizlər Fəvvarələr meydanında möhtəşəm Yeni il bayramı ab-havası yaradacaq!

 “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasında iştirak, informasiya dəstəyi və layihənin işıqlandırılması üçün media nümayəndələri, könüllülər, fotoqraflar, bloggerlər, musiqiçilər və rəqs qrupları dəvət olunur. 

 “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası haqqında ətraflı məlumatı tədbirin rəsmi səhifələrindən əldə edə bilərsiniz:

Instagram: Soyuqelleristiurek

Facebook: https://www.facebook.com/soyuqelleristiurek/info/?tab=page_info

İştirakla bağlı konsultant:  Esmira Qasımova    

Tel.: (+994 12) 4649111; esmira.g@olive.az Frame.azvisual-for-press-02-12

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: