“Qış Qalası”

Deyilənlərə görə yeni il yarmarkalarının tarixi öz başlanğıcını orta əsrlərdən götürür. Saksoniyanın Bautzen qəsəbəsinin sakinləri soyuqlar başlamadan şəhər meydanına gələrək müəyyən məhsullar əldə edirlərmiş. Sonradan bu ənənə almandilli şəhərlərə, oradan isə bütün Avropaya yayıldı. Bugün bütün dünyada populyarlaşan bu tədbirlər hətta Yaponiyada da təşkil olunur.

Bu ənənə paytaxtımızda da artıq üç ildir ki mövcuddur. Şəhərimizn bayram əhvalına öz töhfəsini vermək, eləcə də sözügedən ənənəni dəstəkləmək məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi dekabr ayının 20-dən yanvar ayının 10-dək Qoşa Qala qapısı meydanında Qış Qalası adlı yeni il yarmarkası keçirməyi planlaşdırır.

Tədbirin eksklüziv sponsoru qismində Kapital Bank çıxış edir.

Qış Qalası təkcə əl işləri, suvenirlər, yeni il atributları, isti qəlyanaltılar, şirniyyat və içkilərin satışı ilə məhdudlaşmır. 20 gün boyunca hər gün saat 19:00-21:00-dək uşaqlar üçün əyləncəli animasiya proqramı və canlı ifalar davam edəcək.

Bu qış İçərişəhərdə çox maraqlı olacaq. Ailəniz və sevdiklərinizlə birlikdə bizə qatılın! Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: