Qızıl Avropa Liqasında II-ci turun oyunları keçirilib

A qrupunda mübarizə aparan voleybol üzrə qadınlardan ibarət “Azərbaycan” millisi Dərnəgül Voleybol Mərkəzində “Portuqaliya” seçməsi ilə qarşılaşıb.

Görüşün favoriti hesab olunan millimiz 29 dəqiqə davam edən ilk seti gözlənilmədən məğlub başa vurub 24:26. İkinci setdə təşəbbüsü ələ alan Faiq Qarayev’in yetirmələri çətinlik çəkmədən qələbə qazanıb 25:17.

Üçüncü setdə millimiz 11 xallıq fərqlə qalib gəlib 25:14. “Azərbaycan” yığması dördüncü seti de öz xeyrinə başa vurub 25:17. Bu qələbə sayəsində millimiz xallarının sayını 6-ya çatdırıb. Görüşün bombardiri 20 xal toplayan Yelizaveta Samedova olub. Azərbaycan – Portuqaliya 3:1 (24:26, 25:17, 25:14, 25:17;)

Frame.az

PƏRVİN BAYRAMOV

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: