“Qızıl buts”un sahibi məlum olub

“Barselona”nın və Argentina millisinin hücumçusu Lionel Messi mövsümün yekunlarına görə “Qızıl buts”a sahib çıxıb.

Frame.az APA-ya istinadən xəbər verir ki, “Qızıl buts” Avropa liqalarında rəqib qapılarından ən çox top keçirən futbolçuya verilir.

 L.Messi İspaniya La Liqasının 2016/2017 mövsümündə 34 matçda ümumilikdə 37 qol vurub.

İkinci yerdə 34 qolla Lissabonun “Sportinq” klubunun hollandiyalı hücumçusu Bas Dost, üçüncü isə hesabında 31 qol olan Dortmund “Borussiya”sının qabonlu forvardı Pyer-Erik Obameyanqdır.

Qeyd edək ki, L.Messi “Qızıl top”u artıq dördüncü dəfədir ki, qazanır. O, bundan əvvəl 2010, 2012 və 2013 illərdə qitənin ən məhsuldar futbolçusu olub.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: