Qlobal istiləşmə səbəbindən ağacların soyuğa qarşı həssaslığı artır

Qlobal istiləşmə həm iqlimin özünə, həm də bitkilərə ciddi təsir göstərir. Belə nümunələrdən biri də baharın həmişəkindən daha tez başlamasıdır. Nəticədə quşlar cənubdan qütblərə yaxın regionlara bir neçə həftə tez qayıdır. Buna görə yırtıcılarla onların qurbanları olan gəmiricilər arasındakı tarazlıq pozulur.

Alimlər erkən baharın digər bir mənfi təsirini də aşkarlayıb. Belə ki, onlar araşdırma apararkən 20-ci əsrin ortalarından indiki dövrədək qlobal istiləşmənin çiçəkləmə prosesinə təsirini, eləcə də göyrüş, qızılağac və at şabalıdı ağaclarının ilk yarpaqlarının yaranma vaxtını öyrəniblər.

Frame.az bu barədə “Haytek” saytına istinadla bəyan edib.

Ümumiyyətlə, bütün bu ağacların müxtəlif vaxtlarda çiçək açdığı qeyd olunur. Lakin illik orta temperatur artımının onların çiçəklənməsinə təsiri XX əsrin ortalarına nisbətdə göyrüş və qızılağacın bir neçə gün əvvəl çiçək açmalarına səbəb olub. Bununla belə, temperatur artımının yarpaqların üzə çıxdığı vaxta demək olar ki, təsiri olmayıb. Əksinə, at şabalıdı ağacının çiçəklənmə vaxtı dəyişməsə də, onun yarpaqları xeyli əvvəl görünməyə başlayıb.

Məlum olub ki, çiçəkləmə və yarpaqların çıxması arasındakı vaxt intervalı hər 10 ildə təxminən 0,6-1,3 gün artıb. Buna görə bitkilər şaxtaya qarşı daha həssas olurlar.

Bu xüsusiyyət ağacların çoxalmasına və biokütlənin toplanmasına mənfi təsir göstərir. Alimlər bu dəyişikliklərin nə dərəcədə kritik olduğunu müəyyənləşdirmək məqsədilə müşahidələri davam etdirir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: