EkologiyaTəqdimatƏn SonƏn Son

Qobustan rayonunda Şıxzəhirli vulkanı püskürüb

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin tədqiqatı bürosu”nun məlumatına əsasən yanvarın 9-da Qobustan rayonunda Şıxzəhirli vulkanı püskürüb.

Mərkəzin informasiya şöbəsindən Frame.az-a verilən məlumata görə, gün ərzində vulkanın püskürməsi 3 aktivləşdirmə dövrü ilə xarakterizə olunub. Yerli vaxtla saat 17:48:36-da qeydə alınan ilk püskürmənin davamiyyəti 3 dəqiqə 28 saniyə olub. Növbəti püskürmə yerli vaxtla saat 17:53:59-da baş verib ki, bu zaman proses 2 dəqiqə 18 saniyə davam edib. 17:58:17-də baş verən sonuncu püskürmə prosesi 7 dəqiqə çəkib. Hər üç püskürmənin dərinliyi 2 kilometr olub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!