Qrojan Bakıda təkərləri qızdırmaq istəyərkən əyləci qızdırıb

“Haas” komandasının rəhbəri Günter Ştayner etiraf edib ki, onun komandası Bakıda Romen Qrojanın bolidində təkərləri qızdırmaq istəyərkən əyləci qızdırıb.

Frame.az xəbər verir ki, “RaceFans” saytı Günter Ştaynerin bu sözlərini sitat gətirib: “Əyləclər müəyyən miqdarda enerji verir. Lakin onlar şinlər üçün verdiyi enerji sonsuz miqdarda ola bilməz.

Əyləc şinləri qızdırmaq üçün nəzərdə tutulmayıb, ona görə də belə hallarda əyləc qızır. Bakıda Romenin də başına belə bir iş gəlib. Biz müəyyən mərhələdə sürəti hədsiz artırdığımız üçün əyləcləri qızdırdıq. Lakin bizim itirəcəyimiz bir şey yox idi, ona görə də belə bir sınaq keçirməyə dəyərdi”.

“Haas” öz problemlərini şinlərin işçi pəncərəyə düşməməsi ilə izah edir. Ştaynerin sözlərinə görə, indi komanda bu problemin həlli üzərində işləyir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: