Rənglərə görə xasiyyətiniz

Qırmızı
Canlılıq, dinamizm, xoşbəxtlik, eşqi təmsil edir. Gördüyünüz bir işdə nə qədər əzimli və qərarlı olduğunuzu göstərə biləcəyiniz bir rəngdir. Qırmızı sevən insanlar tez həyəcanlanır,tez əsəbiləşir. Tənbəlliyi sevmir,başqalarının düşüncələrinə elə də fikir vermirlər. Cəsarət və sosiallıqları ilə seçilirlər.

Qara
İdarəetmə, güc, zərafət kimi çox mənası var. Qara sevənlər fikir azadlığına önəm verirlər. Sərt olduqlarına görə ətrafındakılara soyuq davranırlar. Bu onları neqativ bir insan kimi göstərir. Hər zaman ətrafındakılara məsləhət verirlər.


Saflığı,təmizliyi və məsumiyyəti təmsil etdiyinə görə gəlinlik seçimlərinin vazkeçilməz rəngidir. Bundan əlavə,canlılıq verən pozitiv bir enerjisi var. Ağ sevənlər həyəcanını göstərməyən, sakit insanlardır. Özlərinə güvənirlər. Nəzakətlidirlər,dəbdəbəni sevmirlər. Səs-küyü sevmirlər.

Mavi
Sıxıntı,üzüntü,eyni zamanda güvən və sədaqəti təmsil edir. Bu rəngi sevənlər məsuliyyətlidirlər.Ətrafındakılara qarşı olduqca diqqətcildirlər,mərddirlər və buna görə də çox sevilirlər. Hər zaman nədənsə qorxurlar. Sabit fikirli olduqları üçün həmin qorxulardan yaxa qurtarmaqda çətinlik çəkirlər.

Yaşıl
Yenilənməyi,təbiiliyi və yaşamı təmsil edir.Təmizqəlbli,itizəkalı,əylənməyi sevən insanların rəngidir.

Sarı
Parlaqlıq və istilik hissi verir. Rahatlığı və aydınlığı təmsil edir.Sarı rəngi seçənlər çox danışmağı və dedi-qodunu sevirlər. Öz-özlərində neqativ olmasalarda hər şeyi öyrənmək,bilmək üçün hər zaman danışmaqlarına görə bu insanlarla yaşamaq bəzən çox çətin olur.

Narıncı
Xoşbəxtlik,sağlamlıq və gücü təmsil edir. Narıncı çox vaxt istilik hissi verir və iştahı açır. Gülərüz,istiqanlı insanların rəngidir.Ətrafındakılarla necə davranacaqlarını bildikləri üçün onları dava edərkən görmək demək olarki imkansızdır.

Bənövşəyi
Səviyyəni,luksu,zərafəti və zənginliyi təmsil edir. Bundan əlavə romantizmin rəngidir. Bu rəngi sevənlər üçün rahat yaşamaq çox vacibdir. Hər zaman hər kəslə yaxınlıq qurmurlar. Ətrafındakıları səviyyələrinə görə seçirlər.Lakin bu insanları istifadə etmək üçün deyil sadəcə yüksək səviyyəli olduqları üçün seçirlər.

Çəhrayı
Çəhrayı insaları sakitləşdirən rəngdir. Bu rəngi sevənlər həyatı sevən,həyatdan zövq almağı bacaran insanlardır. Lakin, hisslərini yüksək səviyyədə ifadə etmirlər. Lazım olanda ciddi olur həyatın sadəcə əyləncədən ibarət olmadığını bilirlər.

Boz
Ağıl,bacarıq,səssizlik və çalışqanlığı təmsil edir.Bu rəngdən tez-tez istifadə edənlər hisslərini ifadə edə bilmirlər. Gördükləri işdə ən yaxşı olmağa çalışırlar.

Qəhvəyi
Güc,inam və sağlamlıq hissi verir.Təbiiliyin və rahatlığın rəngidir. Bu rəngdən tez-tez istifadə edən insanlar sakit insanlardır. Dəb-dəbəni xoşlamırlar. Bəzən çox xəsis olurlar. Qaşılarına çıxan bütün əngəlləri dəf edirlər.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!