Rənglərin əhvala təsiri

Bir rəngi digərindən çox bəyənməyimiz, o rəngin bizdə hansı hisslər yaratdığından irəli gələ bilər. Bunları nəzərə alaraq, sizə müxtəlif rənglərin psixika və sağlamlığımıza təsiri haqda məlumat vermək istəyirik.

Qırmızı -Parlaq rəng olub, güclü emosiyalar yaradır. Onu sevib, sevməmək olar, lakin laqeyid qalmaq mümkün deyil. Qırmızı rəng, orqanzimə stimullaşdırıcı təsir göstərir. O, bədəni canlandırıb qızışdıraraq, ürək yığılmasının tezliyini artırır, nəfəsi dərinləşdirir, əzələ tonusunu artırır, qan dövranına və adrenalinin ifrazına təsir göstərir. Bunula bərabər maddələr mübadiləsini tezləşdirir. Lakin, nəzərinizdə olsun ki, qırmızı rəng qan təzyiqini artırarq bəzi hallarda baş ağrısı verə bilir. Əgər sizdə hipertoniya xəstəliyi, emosionallıq və koordinasiya pozuntları varsa, o halda qırmız rəngdən istifadə məsləhət görülmür.

Narıncı –  iştaha yaxşı təsir göstərir. O, mədəaltı vəz və dalağı möhkəmləndirir, həzm və ürəyin işini stimullaşdırır. Bu rəng zehni xüsusiyyətlər və fiziki enerjini möhkəmləndirən və birləşdirən stimulyator olub, immun sistemə yaxşı təsir göstərir.
Sarı – günəş rəngi olaraq, əhvalı artırıb, qorxudan azad edir. Sarı rəng əsasən psixiki prosessləri stimullaşdırır. Bunlardan : düşüncə və yaddaşın artırılması, konsentrasiyanın gücləndirilməsi. Tənəffüs orqanlarına təsir edərək sinir sistemini yaxşılaşdırır. Nevrozun müalicəsinə kömək edir.
Qırmızı rəng kimi bu rəng də, qan təzyiqi və nəbzi artırma gücünə malikdir.

Yaşıl – sağlamlıq rəngi sayılaraq, sinir siteminə sakitləşdirici təsir göstərir. Əsəbi gərginlik, miqren, depressiya hallarının müalicəsində effektiv sayılır. Bu rəng əsasən vanna və yataq otaqlarında sakitlik və yuxusuzluğa kömək etdiyi üçün istifadə olunur. Açıq yaşıl rəng kapilyarları genişləndirərək, təzyiqi azaldır.
Mavi – Rahatlıq rəngi sayılaraq, psixoloji effekti sayəsində ürək ritmi və nəfəsi sakitləşdirərək, zehni fəaliyyəti gücləndirir. Tünd mavi rəng hipofizə təsir edir, o isə öz növbəsində yuxunu nizamlayır. Araşdırmaların nəticələrinə görə mavi rəng məktəb otaqlarında istiifadə olunduqda aqressiv uşaqlara sakitləşdirici təsir göstərmiş olur. Həmçinin bu rəng yuxusuzluq probleminin müalicəsində istifadə olunur.
Bənövşəyi – Bu rəng qırmızı və mavi rəngin özündə birləşdirir. Müəmmalı olan bu rəng, özündə iki əks rəngin və həmçinin əks xüsusiyyətlər sayılan sakitlik və hərəkəti, yaxınlıq və uzaqlığı, soyuq və istini birləşdiri. Bu rəng təbiətdə çox az təsadüf edilir. Qırmızı və mavi rəngin ahəngi orqanizmin detoksikasiyasına (toksik maddələrin fiziki, kimyəvi və ya bioloji yolla zərərlələşdirilməsi) kömək edir. İştahı azaldır və maddələr mübadiləsini tənzimləyir, həmçinin təmizləyici və antiseptik təsir göstərir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: