“Rənglərin ilk addımı” rəsm sərgisi keçiriləcəkdir

“Yeni nəsil” və “Liderland” tədris müəssisələrinin birgə həyata keçirdikləri 28 may Respublika gününə həsr olunmuş “Rənglərin ilk addımı” rəsm sərgisi

27 may 2017-ci il saat 17:00 tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının  Muzey-Sərgi Kompleksində “Yeni nəsil” və “Liderland” tədris müəssisələri üzvlərinin “Rənglərin ilk addımı” rəsm sərgisi keçiriləcəkdir.

Sərginin əsas məqsədi uşaqların dünyaya baxışları, rəng duyumları, onların milli-mənəvi dəyərlərlə bağlı düşüncələri və vətənpərvərlik hisslərinin ifadəsi olaraq rəsmlərinin nümayiş etdirilməsi vasitəsi ilə həmyaşıdlarına təbliğini təmin etmək, yaddaşlarda hifz edilən mübarizə əzmini bu gün bir daha nümayiş etdirmək, Müstəqil Azərbaycan anlayışının mətinliyini, dönməzliyini göstərməyə çalışmaqdır.

Sərgidə “Liderland” və “Yeni nəsil” tədris müəssisələri şagirdlərinin sulu boya, qrafika, quaş, yağlı boya ilə işlənmiş 70-dən artıq əsəri nümayiş etdiriləcəkdir. Nümayiş olunacaq rəsmlər arasında portret və mənzərə janrı üstünlük təşkil edir. Eyni zamanda “Liderland” və “Yeni nəsil” tədris müəssisələrində fəaliyyət göstərən Rəsm dərnəyinin müəlliməsi – Azərbaycan Dövlət Rəssamlıq İttifaqının üzvi Rəxdari Sahilənin əsərləri nümayiş etdiriləcəkdir.

Sərginin rəsmi açılış mərasimi 27 may 2017-ci il saat 17:00-da ADRA-nın Muzey-Sərgi Kompleksində həyata keçiriləcəkdir. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: