Rəssam və animatorlar arasında yeni müsabiqə keçirilir

“Şərq-Qərb” nəşriyyatı uşaqlarda kitaba marağın artırılması, mütaliə həvəsinin gücləndirilməsi məqsədilə rəssam və animatorlar arasında yeni nağıl qəhrəmanı – müasir simvolik personajın yaradılması üzrə müsabiqə elan edib.

Frame.az xəbər verir ki, müsabiqənin şərtlərinə görə müasir simvolik personaj orijinal olmalı, başqa məşhur nağıl qəhrəmanlarına, obrazlara bənzəməməli, uşaqlar tərəfindən sevilməli, ilk baxışdan etibarən onlarda maraq doğurmalı, müsbət emosiyalar yaratmalı, nağıllarda, ssenarilərdə, filmlərdə, animasiya filmlərində, televiziya verilişlərində və sosial şəbəkələrdə əsas obraz kimi çıxış etmək üçün yararlı və universal olmalı, üçüncü şəxsin əqli mülkiyyət hüququnu pozmamalıdır.

Təqdim edilən əsərlər tanınmış incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və 3 yer üzrə mükafatlandırılacaq:

Əsərlər elektron formatda musabiqe@sharq-qarb.az ünvanına və ya kağız şəklində Bakı ş., Aşıq Ələsgər küç., 17, “Şərq-Qərb” ASC ünvanına göndərilməlidir. Müəllif haqqında qısa məlumat (ad, soyad, atasının adı, ünvan və əlaqə nömrələri) əlavə edilməlidir.

Əsərlərin qəbulu oktyabrın 15-nə qədər davam edəcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: