Rəsul Rza və Nigar Rəfibəylinin Uşaq Kitablarının Təqdimatı

Park Bulvar-da Rəsul Rza və Nigar Rəfibəylinin uşaqlar üçün təbiət mövzusunda yazdığı şeir kitablarının yenidən nəşr olunması münasibəti ilə şənlik keçiriləcəkdir.

Proqrama uşaqlar üçün Dövlət Kukla Teatrının uşaq heyəti tərəfindən hazırlanan mahnı, şeir və səhnəciklər, face-art, uşaqlarla əl işlərinin hazırlanması və sairə daxildir.

Nəşr olunmuş kitablara Balacaların Təbiət Ensiklopediyası silsiləsindən Ağaclar, Güllər – Çiçəklər, Ev Heyvanları, Vəhşi Heyvanlar, Çöl Quşları,Bostan və Tərəvəz Bitkiləri, həmçinin fəsillər və başqa şeirlər daxildir. Kitablar şairlərin nəvə və nəticələrinin təşəbbüsü ilə Qanun Nəşriyyatı tərəfindən yenidən çap olunub.

Tədbir İyulun 2-də baş tutacaqdır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: