EventsFashionQalereya

Rəngarəng dəb həftəsini geridə qoyduq

Noyabrın 24-dən 27-dək keçirilən möhtəşəm Baku Fashion Week dəb həftəsini geridə qoyduq.

Gəlin bir daha bu tədbirin ən yadda qalan anılarını xatırlayaq.

Beləliklə tədbirin ilk günü Bechique brendinin uşaqlar üçün tərtib edilmiş möhtəşəm kolleksiyasının nümayişi ilə başlandı.

İkinci günü gürcü əsilli dizayner Aftandilin müasir kolleksiyası açdı, gecə Nadit , ProjectbyNatavanGallery kimi Azərbaycan dizaynerlərinin nümayişləri ilə davam etdi və gürcü əsilli azəri dizayner Əminə Jəfər, türk əsilli dizayner Luluby Rana nümayişləri ilə ikinci günü tamamladı.

Dəb həftəsinin üçüncü günü azəri dizayner Hökümə Hacıyevanın Levata Group zərgərlik evi ilə birlikdə hazırladığı kolleksiyanın nümayişi ilə açıldı. Ardınca Zinet-i-Zishan-dan zərgərlik məhsulları, türk dizayneri Selma Çilek və Family Look kolleksiyası, ukraynalı dizaynerlər Kriza və Couture de Fleur-dan kolleksiya nümayiş olundu.

Möhtəşəm dəb həftəsinin sonuncu günü özbək dizayneri və Sharq Liboslari brendindən , The Black Dress, Jannat və Moskva brendi Sol Atelier-dən kolleksiyalar nümayiş olundu və möhtəşəm gecə azəri brend De Camie kolleksiyası ilə yekunlaşdı. 1__1 1__2 2__1-1 2__2 _mg_5627

http://www.facebook.com/emin.photographer/videos/1652052905093524/

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!