IqtisadiyyatMobil dünyaTəqdimatƏn Son

Rəqəmsal iqtisadiyyata və cəmiyyətə dəstək: EU4Digital Bakıda fəaliyyətə başlayır

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, rəqəmli  iqtisadiyyatı və cəmiyyəti dəstəkləyən EU4Digital proqramı Aİ-ın Azərbaycandakı rəsmi nümayəndəliyi və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Bakıda ilk tədbirini keçirtdi.

Tədbirin məqsədi EU4Digital proqramını Avropa İttifaqının rəqəmlisiyasi hədəflərini dəstəkləyən geniş fəaliyyət təşəbbüsü kimi təqdim etmək idi. Tədbirdə həmçinin Azərbaycanda rəqəmli sahədə vəziyyət, əldə olunmuş uğurlar və gələcək fəaliyyətlər müzakirə olunub.

Tədbirdə Nazir məsləhətçisi,Aİ-ın Azərbaycandakı Əməkdaşlıq Şöbəsinin rəhbəri Simona Qatti və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müaviniElmir Vəlizadə çıxış etdilər.

“Bu gün biz “Şərq tərəfdaşlığı” ölkələri üçün nəzərdə tutulmuş və Aİ tərəfindən maliyyələşdirilən, ümumi büdcəsi  11 milyon avro olan regional təşəbbüs proqramını təqdim edirik. Ümid edirik ki, layihə təkcə dövlət qurumlarının işlərinin deyil, həmçinin sıravi vətəndaşların həyatlarının müsbətə doğru dəyişməsinə səbəb olacaq. Bu, sosial və iqtisadi inkişaf üçün böyük potensiala malik arenadır. Xüsusilə də, yeniişyerlərinin yaradılması və artırılması üçün. Rəqəmsal bazarların uyğunlaşdırılması onlayn xidmətlərin daha münasib qiymətə və daha geniş seçimlə göstərilməsinə səbəb olacaq. Bu isə öz növbəsində, investisiya axınına, ticarət və məşğulluq artımına zəmin yaradacaq” deyə Aİ-ın Azərbaycandakı Əməkdaşlıq şöbəsinin rəhbəri Simona Qatti bildirib.

“Bizrəqəmliiqtisadiyyatın formalaşdırılması və inkişafında “Rəqəmli Bazarların uygunlaşdırılması”təşəbbüsünü yüksək qiymətləndirik. Ölkəmiz HDM təşəbbüsü çərçivəsində həyata keçirilən 6 istiqamətin hər birində fəal iştirak edir.Azərbaycan “İKT innovasiya və startap ekosistemi” istiqaməti və “e-gömrük” alt istiqaməti üzrə əlaqələndirici ölkədir.Hesab edirik ki, HDM çərçivəsində görülən işlər  Azərbaycanda  rəqəmli iqtisadiyyatın inkişafına dəstək olacaqdır.” deyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə bildirib.

Nazir müavini həmçinin qeyd edib ki, rəqəmsal iqtisadiyyatın inkişafı Azərbaycanın xüsusi diqqət ayırdığı məsələlərdən biridir:“Rəsmi Bakı bu istiqamətdə işləri yaxından izləyir.  Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” qəbul olunmuş  və  rəqəmli iqtisadiyyatın formalaşdırılması əsas məqsədlərdən biri kimi qarşıya  qoyulmuş və icra olunmaqdadır. Həmçinin,  2016-ci ilin sonunda qəbul olunmuş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə  də rəqəmli keçidin təmin olunması üçün sektorun qarşısında ciddi vəzifələr qoyulmuşdur. Bu  səbəbdən EU4Digital proqramı çərçivəsində atılan addımları dəstəkləyirik”.

Salamlama çıxışlarından sonra proqramın təqdimatı və “EU4Digital”ın Azərbaycanda və regionda digər rəqəmli təşəbbüsləri necə tamamlaması haqqında panel müzakirələri keçirilib.

“EU4Digital””Şərq tərəfdaşlığı” ölkələrində rəqəmli iqtisadiyyatın və cəmiyyətin dəstəklənməsi” proqramı haqqında

“EU4Digital”ın məqsədi Aİ-ın vahid rəqəmli bazarının üstünlüklərinin “Şərq tərəfdaşlığı”nda yayılmasıdır. Aİ-ın dəstəyi vasitəsilə üzv ölkələrdə rəqəmli iqtisadiyyat və cəmiyyət inkişaf edir, bu da iqtisadi artım, daha çox iş yeri, vətəndaşların həyat səviyyəsinin yüksəlməsi və biznesə dəstək deməkdir.

“EU4Digital” vasitəsilə Aİ “Şərq tərəfdaşlığı” ölkələrini rouming tariflərinin endirilməsində, elektron xidmətlərin genişləndirilməsi və iqtisadiyyatın stimullaşdırılması üçün yüksək sürətli genişzolaqlı şəbəkənin inkişaf etdirilməsində, loqistikadan səhiyyəyə qədər olan sahələrdə rəqəmli strukturların uyğunlaşdırılmasında, kibertəhlükəsizliyin təmin olunması və rəqəmli bacarıqların inkişafın etdirilməsinə dəstək olur.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!