MüsabiqələrTəqdimat

İKT üzrə ən yaxşı kitab – İKT üzrə ən yaxşı elmi məqalə

14650322_1782027118724600_3806539625210991273_nMüsabiqə informasiya və telekommunikasiya texnologiyaları (İKT) üzrə aşağıdakı nominasiyalar üzrə keçirilir:
– İKT üzrə ən yaxşı kitab
– İKT üzrə ən yaxşı elmi məqalə.
Nominasiyalar üzrə müsabiqəyə materialların qəbulu 10.10.2016-cı il tarixindən 10.11.2016-cı il tarixinə kimi aparılacaq.Materiallar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elm, texnologiya və informasiya cəmiyyətinin inkişafı şöbəsinə zərfdə təqdim olunur. Zərfin üzərinə “Müsabiqə üçün təqdim olunur” sözləri yazılmalıdır.Ünvan: AZ 1000 Bakı şəhəri, Z. Əliyeva küçəsi 77

Materiallara olan tələblər

“İKT üzrə ən yaxşı kitab” nominasiyaya üzrə 2014-2016-ci ildə nəşr edilmiş kitablar qəbul edilir. Kitablar 1(bir) nüsxədə təqdim edilir. Azərbaycan dilində nəşr olunmuş kitablara üstünlük verilir.

“İKT üzrə ən yaxşı elmi məqalə” nominasiyaya üzrə 2015-2016-cı illərdə çap olunmuş elmi məqalələr (tezis və konfrans materialları istisna olmaqla) qəbul edilir. Elmi məqalələr çap olunduğu jurnalın üz qapağı, mündəricatı, məqalənin sürəti (ottiski) və internet ünvanı göstərilməklə kağız formasında 2 (iki) nüsxədə təqdim edilir. İmpakt faktorlu jurnallarda çap olunmuş praktiki əhəmiyyətli elmi məqalələrə üstünlük verilir

Materiallarla birlikdə müsabiqədə iştirak edən müəllif barədə anket məlumatları (adı, soyadı, elmi dərəcəsi, iş yeri və vəzifəsi, əlaqə telefonu və elektron poçt ünvanı) təqdim olunmalıdır. Müsabiqəyə təqdim olunan kitab və ya elmi məqalənin həmmüəllifləri olduğu təqdirdə, əlavə olaraq müsabiqədə iştirakla bağlı onların yazılı razılığı tələb olunur.

Bir müəllif yalnız bir nominasiyada və bir elmi məqalə və ya kitab ilə iştirak edə bilər. Tələblərə uyğun olmayan materiallar müsabiqəyə buraxılmır. Müsabiqəyə təqdim olunmuş kitab və elmi məqalələr geri qaytarılmır.

Nominasiyalar üzrə qəbul olunmuş kitab və məqalələr münsiflər heyəti tərəfindən qiymətləndirilir və qaliblər müəyyən edilir. Qaliblər 6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü ərəfəsində açıqlanacaq.

I, II və III yerin qalibi qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Əlavə məlumat üçün edu@mincom.gov.az elektron poçtuna yaza bilərsiniz.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!