AutoRiskIdman

Ralli–kross üzrə dünya çempionatı keçirilib

Ralli–kross üzrə dünya çempionatının növbəti – 10-cu mərhələsi Latviyada keçirilib.

Azərbaycan Avtomobil Federasiyasından bildirilib ki, uzunluğu 1294 kilometr olan marşrutda ən yaxşı nəticəni Yohan Kristofferson göstərib. “Volkswagen” komandasının təmsilçisi finişə 5 dəqiqə, 6,673 saniyəyə çatmaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yeri “EKS RX” kollektivinin təmsilçisi Mattias Ekström tutub. Onun yekun nəticəsi 5 dəqiqə, 9,038 saniyə olub. Dünya çempionu Sebastyen Löb isə 5 dəqiqə, 10,592 saniyəlik göstərici ilə üçüncü yerlə kifayətlənib.

Bu mərhələdən sonra ümumi hesabda liderlik 271 xalla Y.Kristoffersona məxsusdur. Aktivində 209 xal olan P.Solberq ikinci, M.Ekström isə 204 xalla üçüncüdür.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!