“Ram edilməmiş Afrika”

Heydər Əliyev Mərkəzində məşhur fotoqraf Teo Allofsun “Ram edilməmiş Afrika” adlı fərdi sərgisi açılacaq
Oktyabrın 21-də 19-00 da Heydər Əliyev Mərkəzində məşhur almaniyalı fotoqraf Teo Allofsun “Ram edilməmiş Afrika” adlı fərdi sərgisi açılacaq. Ekspozisiyada müəllifin 20 il ərzində Afrikada çəkdiyi, bu qitənin flora və faunasının zənginliklərini əks etdirən 31 fotosu nümayiş olunacaq.
Fotosərginin acılışına giriş yalnız dəvətnamə ilədir. Dəvətnamə əldə etmək ücün 0552124719 zəng vurub dəvətnamənizi götürə bilərsiz.

Sərgidə təqdim edilən fotokolleksiya Teo Allofsun Afrikanın ram edilməmiş, vəhşi təbiətinə sevgisini göstərir.

Fotoqraf Cənubi Afrika, xüsusilə də Namib səhrası və Botsvanadakı Okavanqo çayının deltasna çoxsaylı səhayətlər edərək şəkillər çəkib, bu yaxınlarda layihəsini Şərqi Afrikayadək genişləndirib və Böyük Rift Dərəsinə xüsusi diqqət ayırıb.

Teo Allofs altı il əvvəl paraplanda uçmağı öyrənib və o zamandan bəri bu nəqliyyat vasitəsindən istifadə edərək havadan fotolar çəkir. Heydər Əliyev Mərkəzindəki sərgidə nümayiş olunan, səmadan çəkilmiş bütün şəkillər məhz paraplandan çəkilib.
Teo Allofs 30 ildən çoxdur ki, peşəkar fotoqrafiya ilə məşğuldur. 1995-ci ildən o, təbiət (vəhşi həyat və peyzaj) fotoları çəkir. Teo Allofs indiyədək bir çox beynəlxalq mükafatlara layiq görülüb. Bunların sırasında o, BBC tele-radio yayım şirkətinin “Vəhşi təbiət üzrə ilin fotoqrafı” mükafatı ilə 11 dəfə təltif olunub. Teo Allofsun işləri “National Geographic”, “New York Times”, “Newsweek”, “Time Magazine”, “GEO”, “Der Spiegel”, “Focus”, “Smithsonian”, “BBC Wildlife Magazine”, “Terre Sau¬vage” və “Australia Geographic” kimi məşhur qəzet və jurnallarda, kitab və təqvimlərdə çap olunub. O, “Outdoor Photographer”, “FOTO” (İsveç), “Australian Foto”, “PhotoLife” (Kanada) jurnallarında fotoqrafiya ilə bağlı bir çox məqalələrlə çıxış edib. Almaniyanın “Foto Magazin” jurnalı onu dünyanın ən yaxşı təbiət fotoqrafı adlandırıb.
Təbiətin Qorunması üzrə Beynəlxalq Fotoqraflar Cəmiyyətinin (ILCP-nin) təsisçisi olan Teo Allofsun bir çox işləri nəsli kəsilməkdə olan canlı növlərinə və ətraf mühitin mühafizəsi problemlərinə həsr olunub.

Feb 2004, Pantanal Matogrossense National Park, Brazil --- Victoria Regia Water Lily and Lily Pads --- Image by © Theo Allofs/Corbis
Feb 2004, Pantanal Matogrossense National Park, Brazil — Victoria Regia Water Lily and Lily Pads — Image by © Theo Allofs/Corbis
Rajasthani girl in blue dress and traditional Rajasthani jewelry in front of blue house wall in Jaisalmer Fort
Rajasthani girl in blue dress and traditional Rajasthani jewelry in front of blue house wall in Jaisalmer Fort
ca. 2001, Kenai Peninsula Borough, Alaska, USA --- Bald Eagle Landing --- Image by © Theo Allofs/CORBIS
ca. 2001, Kenai Peninsula Borough, Alaska, USA — Bald Eagle Landing — Image by © Theo Allofs/CORBIS
Bandhavgarh National Park, India --- Tiger in Hiding --- Image by © Theo Allofs/CORBIS
Bandhavgarh National Park, India — Tiger in Hiding — Image by © Theo Allofs/CORBIS
Australia, Western Australia, thorny devil on sand dune, blue sky in back, close-up
Australia, Western Australia, thorny devil on sand dune, blue sky in back, close-up

eff171a1cd77da0d1ac02815e77fe376

Namibia;  Namib Desert, Damaraland, steenbok, steenbuck, steinbuck (Raphicerus campestris) in Hoanib River valley
Namibia; Namib Desert, Damaraland, steenbok, steenbuck, steinbuck (Raphicerus campestris) in Hoanib River valley

namibia-theo-allof_3276136kFrame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: