Ramiz Həsənoğlunun “Sonuncu” tamaşası təqdim olunacaq

YARAT Freestyle və Azərbaycan Dövlət “YUĞ” Teatrı Pərvin Abdullayevanın eyni adlı pyesi əsasında hazırlanmış Ramiz Həsənoğlunun “Sonuncu” tamaşasını təqdim edir

Qoca, tənha aktyor, onun şərəfinə keçirilən benefisdən sonra yatıb teatrda qalır. Bu zaman onun yatdığı məkana gənc teatrşünas gəlir və onların arasında teatr, aktyorun keçmişi, oynadığı rollar, uğurlu tamaşalar, yaşadığı gənclik illəri, nakam məhəbbəti, sənətə vurğunluğu haqqında söhbətlər başlayır…

Quruluşçu rejissor: Azərbaycanın Xalq artisti Ramiz Həsənoğlu
Müəllif: Pərvin Abdullayeva

Rollarda:
Əlisöhbət Qələndərli – Azərbaycanın Əməkdar artisti Fərhad İsrafilov,
İlham Çardağlı – Hikmət Rəhimov, Xəyali Sevgili – Ləman Novruzova

Tamaşa Azərbaycan dilində nümayiş olunacaq
Tamaşanın müddəti: 70 dəq.

Giriş sərbəstdir

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: