Ramiz Mirişlinin mahnılarından ibarət konsert keçiriləcək

Aprelin 5-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin mahnılarından ibarət konsert proqramı keçiriləcək.

Frame.az bildirir ki, Konsertdə respublikanın xalq artistləri Samir Cəfərov, Nazpəri Dostəliyeva, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Nəzakət Teymurova, Brilliant Dadaşova, Mənsum İbrahimov, Ənvər Sadıqov, əməkdar artistlər Emil Əfrasiyab, Zakir Əliyev, Abbas Bağırov, Zöhrə Abdullayeva, Mətanət İskəndərli, Cavanşir Məmmədov, Firuzə İbadova, Bəyimxanım Vəliyeva, Lalə Məmmədova, müğənnilər Nadir Qafarzadə, Kamilə Nəbiyeva, Elton Hüseynəliyev, Sevda Yəhyayeva, Arzu Əliyeva, Rövşən Əziz, Emiliya Yaqubova və “Sevil” qrupu iştirak edəcəklər.
Gecədə bəstəkarın “Bir könül sındırmışam”, “Dalğalar”, “Sənsən”, “Səni tapdı”, “Oxu bülbül”, “Səadət”, “Əlvida”, “Qızıl gülüm”, “Bir xumar baxışla”, “Yandım elə yandım”, “Gülandam” və s. sevilən mahnıları səsləndiriləcək.

Biletlərin qiyməti 20-80 manat təşkil edir.

Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: