EkologiyaTəqdimat

“Rebuild Karabakh” sərgisində işğaldan azad olunmuş ərazilərin rəqəmsal su ehtiyatları xəritəsi nümayiş etdirilir

Oktyabrın 20-dən 22-dək keçirilən “Rebuild Karabakh” -1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişaf” sərgisində Su ehtiyatlarından səmərəli istifadə Məsələləri üzrə Komissiyada təmsil olunan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC birgə stendlə iştirak edir.

Nazirliyin mətbuat xidmətindən Frame.az-a bildiriblər ki, stenddə işğaldan azad olunmuş ərazilərin rəqəmsal su ehtiyatları xəritəsi nümayiş etdirilir və ərazilərdəki su ehtiyatları, onların bərpası, bu istiqamətdə həyata keçiriləcək layihələr barədə ziyarətçilərə məlumat verilir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!