“Red Bull” Azərbaycan Qran-Prisi ərəfəsində daha güclü motor alacaq

“Red Bull” komandası Azərbaycan Qran-Prisi ərəfəsində bolidlər üçün daha güclü motor alacaq.

Frame.az xəbər verir ki, komandanın avtomobil idmanı üzrə məsləhətçisi Helmut Markonun sözlərinə görə, daha güclü motoru əvvəlcə Monako mövsümünün altıncı yürüşü vaxtı quraşdırmaq nəzərdə tutulurdu. O, “De Telegraf”a deyib: “Honda”dan yaxşı xəbər gəldi və Bakıda biz 20 at gücü daha çox olan motor əldə edəcəyik”.

Komandanın rəhbəri Kristian Horner hesab edir ki, motorun təzələnməsi “Red Bull”a kömək edəcək. O deyib: “Honda” şirkəti motorun gücünü artırmaqda nailiyyətlər qazanır. İstehsal mərhələsində olan bir sıra motorlar yaxın gələcəkdə bizim işimizə yarayacaq”.

Əvvəllər “Red Bull” pilotu Maks Ferstappen şikayət edirdi ki, onun bolidi sürətinə görə “Mersedes” və “Ferrari” maşınlarından geri qalır. Yürüşçü cari mövsümdə üçüncü yerdən yuxarı qalxa bilməyib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: