EventsFestivallarTəqdimat

“Red Bull Dance Your Style” yarışması üzrə qalib məlum olub

Avqustun 25-də, Bakıda ilk dəfə Heydər Əliyev Mərkəzinin parkında müxtəlif üslublu küçə rəqslərini özündə birləşdirən “Red Bull Dance Your Style” rəqs yarışması keçirildi. Açıq səma altında olan müsabiqə meydançasında Bakının ən yaxşı 16 küçə üslublu rəqqasları – BBOY KAMRAN CFC, CRAZYBEAT, ZİCO FİRESTAR, MUFAYAT, BBOY KHAN, GAİJİN, MOLNİA, SHİFU, NEMO, ZİED, LEE, QUATTRO J, BBOY BUTTON, MİSTERİO, BBOY QUESTİON CFCVƏ RAYMAN – çıxış etmişlər.

“Red Bull Dance Your Style” yarışmasının əsas xüsusiyyəti münsiflər heyətinin olmamasıdır. Təsnifat mərhələsindən yarımfinala və finala keçən iştirakçıların seçimi, həmçinin xüsusi olaraq qalibin seçimi tamamilə möhtəşəm yarışa baxmaq üçün toplaşan çoxsaylı tamaşaçıların üzərinə düşür. Yarışmanın 17-30 yaş arası iştirakçıları təkbətək battl-da çıxış etdilər və çıxışlarından sonra onlardan hər biri rəqs səhnəsiningöy və ya qırmızı küncündə yerlərini aldılar. Hər çıxışdan sonra, iki-tərəfli kartlar (bir tərəfi göy, digər tərəfi isə qırmızı) paylanmış tamaşaçılar onların fikrincə bu rəqs döyüşündə qalib olan rəqqasın rəngində olan kartı qaldırırdılar.

Müsabiqənin daha bir təəccüblü detalı ondan ibarətdir ki, iştirakçılardan heç biri hansı musiqi ilə çıxış edəcəklərini bilmirdilər, bu, da rəqqasların improvizasiya qabiliyyətini toplaşanlara nümayiş etdirmək üçün bir fürsət idi. Iştirakçıların çıxışları üçün saundtrek seçimini Dj Tim öz boynuna götürdü və o, bu işdə əla bir performans nümayiş etdirdi. Bu axşam burada hip-hop, fank, r’n’b, britpop, rok və hətta latın-amerika kompozisiyaları səsləndi, bu, da şübhəsiz ki, iştirakçıların onsuz da çətin işini daha da çətinləşdirdi. Iştirakçılardan bəziləri səslənən musiqi janrına reaksiya vermədən ev tapşırıqlarını göstərirdilər, bəziləri isə kompozisiyaların ritm və üslubuna uyğunlaşaraq, hətta həmin kompozisiyaların ifaçılarının hərəkətlərini təkrarlamaqla xüsusi istedad göstərdilər. Bir neçə rəqsdən sonra, tamaşaçılar bu və ya digər iştirakçını dəstəkləmək üçün ildırım sürəti ilə qərar qəbul etdilər, lakin bəzi hallarda isə tamaşaçıların fikri yarı bölünürdü. Bu cür hallarda, aparıcı Murad Arif və MC Sunny–T tie break elan edərək, iştirakçılara verilmiş əlavə dəqiqə ərzində özlərini göstərmək şansı verdilər.

Ilk mərhələdən sonra, iştirakçıların yarısı qaldı – CRAZYBEAT, ZICO FIRESTAR, BBOY KHAN, MOLNIA, NEMO, QUATTRO J, BBOY BUTTONvə RAYMAN, hansı ki, ilk çıxışında geyimində milli elementlərdən istifadə etməklə hər kəsi təəccübləndirdi. Bir neçə rəqsdən sonra, “Red Bull Dance Your Style”  yarışmasının yarımfinalçılarının sayı dörd nəfərə qədər azaldı – ZİCO FİRESTAR, BBOY KHAN, QUATTRO J və RAYMAN. İki rəqsdən sonra isə tamaşaçılar ən çox sevdikləri iki iştirakçını seçdilər. Onlar BBOY KHANvə RAYMAN idilər. Final yarışından əvvəl Red Bull Dance Your Styleyarışmasının xüsusi qonağı olan müğənni Rauf çıxış edti və öz hitləri ilə hamıya əlavə enerji verdi.

Müsabiqənin əvvəlki mərhələlərinin gərginliyini atan tamaşaçılar təcrübəli və peşəkar rəqqas BBOY KHAN və gənc və enerjili RAYMANın görüşəcəkləri möhtəşəm finaldan zövq almaq üçün yerlərində oturdular. Ən ağır mübarizə yolu ilə, qələbəni Raymanın timsalında gənclik qazandı.

12 oktyabrda Parisdə təşkil ediləcək dünya finalında Azərbaycanı təmsil edəcək RAYMAN-a uğurlar azru edirik!

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!