Red Bull King of the Rock

Əziz dostlar,

Biz sizi 30 iyul saat 17:00 Bakı Dənizkənarı Bulvarda keçiriləcək Red Bull King of the Rock yarışmasını izləməyə dəvət edirik!

Bakı Dənizkənarı Bulvar İdarəsinin, Su İdman Sarayının, GoSport və The Club Port Baku-nun dəstəyi ilə keçiriləcək Red Bull King of the Rock yarışmasının milli finalında qalib gələn stritbolçu Azərbaycanı Serbiyada, Belqrad şəhərində dünya finalında təmsil edəcək.

Red Bull King of the Rock –”təkbətək” formatında unikal küçə basketbol yarışmasıdır və 2013-cü ildən ölkənin ən güclü stritbolçunu müəyyən edir.

Azərbaycan ilk dəfə 2013-cü ildə turnirin dünya finalında iştirak etdi və ölkəmizi təmsil edən Amil Həmzəyev San Fransiskoda bütün dünyadan küçə basketbolunun 64 ən güclü oyunçusu ilə mübarizə aparırdı. 2014-cü ildə yarış Tayvanda Samasana adlı bağlı adada yerləşən atılmış həbsxanada keçirilib və Azərbaycanı Zaur Paşayev təmsil edib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: