“Red Bull M.E.O 2021” turnirinin qalibləri artıq bəllidir!

Həftələrdir davam edən “Red Bull M.E.O.” turnirində “PUBG Mobile” üzrə ən güclü 3 komanda növbəti mərhələyə bilet qazandı.

Red Bull M.E.O., Azərbaycanda “PUBG Mobile” oyunu üzrə keçirilən ən böyük turnirdir. Turnirin 2021-ci il yarışlarının qalibi isə artıq hər kəsə məlum olub.

Rəqabət ab-havasının heç əskik olmadığı turnirdə bütün yarışlar həyəcandolu idi. Uzunmüddətli rəqabətdən sonra ilk yeri isə “Max Esport” komandası tutub! Bu komanda güclü yarışlarının qarşılığında 5000 AZN ilə mükafatlandırıldı.

Qalib komandanın kapitanı Ağasadıq Səfərli, təşkilatçılıqdan razı qaldığını vurğulayaraq bildirdi: “Turnirdə ilk üçlüyə qalacağımızı bilirdik, amma birincilik üçün daha artığı lazım idi. Buna görə də aylar öncəsindən məşqlərə başlamışdıq. Digər turnirlərdəki təcrübələrimiz də bizə kömək oldu. Ölkəmizi qlobal arenada təmsil edəcəyimiz üçün də qürur duyuruq. Bu haqqı qazanan bütün komandalara uğurlar”.

Turnirin ikinci və üçüncü yer qalibləri isə “No Name” və “GMT ESPORTS” komandaları olub.

Amma bu heç də rəqabətin sonu deyil, əksinə, başlanğıcıdır deyə bilərik. Çünki Azərbaycan Turnirinin ilk 3 qalib komandası Region Finalında iştirak hüququ qazanıb!

Turnirdə iştirak şansını qaçırdığını düşünürsənsə də, yanılırsan. Hələ də Avropa üzrə keçiriləcək yarışlara qoşulmaq şansın var. Bu Turnirdə digər ölkələrdən də komandalarla qarşılaşaraq Region Finalına bilet qazanacaq əlavə 2 komandadan biri ola bilərsən.

Unutma ki, Region Finalı iştirakçıları 10,000 Avro və “Tencent”-in peşəkar esport turnirlərinin birinə “Wildcard” dəvəti qazanmaq şansı əldə edəcək. Nə qədər ki gec deyil, bu şansı əldən vermə deyərdik. Komandanı yığ, gücünü göstər!

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: