Red Bull Mind Gamers – Azerbaijan

Ən güclü Mind Gamer olmaq üçün lazımi bacarıqlara sahib olduğunu sübuta yetir. Yerli seçim turunda yer qazanmağa çalış. Özün daxil olmaqla 4 nəfərdən ibarət olan komanda yığ və real həyatda seçim turunda yarış. Tapşırıq: sirli rəqəmsal kubun kilidini açmaq. Hər ölkənin qalibləri finalda yarışmaq üçün növbəti mərhələyə çıxacaqlar.

Mərhələlər: 1) Onlayn seçim mərhələsi 2) Azərbaycan üzrə seçim turu 3) Dünya Finalı

Red Bull Mind Gamers – İntellektual və məntiqi oyunlar üzrə dünya çempionatı – http://www.redbullmindgamers.com/

Red Bull Mind Gamers vebsaytına keçərək onlayn seçim mərhələsinə qatıla bilərsən. Yaxınlığındakı şəhəri seç və yerli seçim turunda özünə yer qazanmaq üçün onlayn oyunu oyna. Onlayn seçim mərhələsi tədbirdən 4 həftə öncə açılır (yanvarın əvvəli açılacaq). Ən yaxşı oyunçular elektron poçt vasitəsilə bildiriş alacaqlar və yerli seçim turunda yarışmaq üçün 3 nəfərə kimi əlavə heyət üzvündən ibarət komanda yığmağa dəvət olunacaqlar. Ölkələrdəki ən güclü komandalar növbəti mərhələyə çıxırlar və Mission Unlock Enoch yarışmasının final mərhələsi olan, 2017-ci ilin mart ayında Budapeştdə keçiriləcək Escape Room Finalına dəvət olunacaqlar.

Seçim mərhələsi hələ açılmayıb? Yaxınlığında heç bir seçim turu keçirilmir? Ona görə də öz üzərində işlə, seçim mərhələsinə hazırlaş və ya oyna və qlobal xal sıralamasında yüksək yer qazanmağa çalış. Dünya boyunca 4 ən yaxşı oyunçu 2017-ci ildə Budapeştdə keçiriləcək olan Unlock Enoch Missiyası Dünya Finalı üçün “İştirak Hüququ” qazanacaq.

Qlobal vebsayt: http://www.redbullmindgamers.com/
Azərbaycan üzrə seçim turu: http://win.gs/mgaze

Baş media tərəfdaş – Report.az

Tərəfdaşlar: GoPro | Huawei Mobile | Azərbaycan Respublikası Təhsil Nazirliyi | Technote
Əlavə sualın varsa, səhifədə yaz və ya zəng et 012 491 80 85 Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: