Baku City CircuitFormula 1Idman

“Red Bull” Qaslinin Bakıdakı uik-enddə iki dəfə cərimələnməsinə aydınlıq gətirib

“Red Bull” komandasının rəhbəri Kristian Xorner Pyer Qaslinin Formula 1 Azərbaycan Qran-Prisində sərbəst cümə yürüşlərində bolidi çəkdirmək üçün Beynəlxalq Avtomobil Federasiyasının boksuna girmək işarəsini görməməsi və buna görə pit-leyndən cərimələnməsinə aydınlıq gətirib.

Frame.az xəbər verir ki, “Auto Hebdo” saytı bununla əlaqədar Xornerin sözlərini sitat gətirib: “Biz pit-stop məşqi keçirməli idik, ona görə pilotu tələsdirdilər. Bizim bütün komandalarla və Ross Braunla görüşümüz olmuşdu. Razılaşmışdıq ki, uik-endin qalan hissəsinə bu cür təsir edən qaydaları öyrənmək lazımdır”.

Britaniyalı təsnifatda bolidinin mühərriki lazım olduğundan çox yanacaq işlədən Qaslinin daha bir cəriməsini belə izah edib: “Bakıda yanacağı ölçən cihaz yüngül silkələnmələr nəticəsində daha tez sıradan çıxır. Bunun istehsalatda heç bir üstünlüyü olmasa belə, Beynəlxalq Avtomobil Federasiyası məsələyə sıfır tolerantlıqla yanaşır”.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!