Red Bull Soapbox Race Baku 2016

13895452_949588935169249_2293783442005188081_n

Bu slaydşou üçün JavaScript lazımdır.

Red Bull Soapbox Race – dünyanın ən əyləncəli və yaradıcı yarışmasıdır. Yarışda 70 komanda öz əldəqayırma dörd təkərli arabaları ilə iştirak edir. Həmən arabalar heç bir mühərrik olmadan, tək insanın fiziki gücü ilə hərəkətə gətirilirlər. Yarışmanın münsiflər heyəti, iştirakçıları iki meyara əsasən qiymətləndirirlər: yaradıcılıq və startdan öncə qurduqları səhnəciklər. Üçüncü meyar isə, arabanın finişə qədər bütün maneələrin öhdəsindən gələrək çatdığı vaxtdır. Üç ən çox bal toplayan komanda qalib gələrək, qiymətli hədiyyələrin sahibi olur. 2000-ci ildən Brüsseldə ilk yarışmadan sonra bu günə qədər 100-dən çox ölkədə Red Bull Soapbox Race yarışmaları keçirilib və hər ölkədə on minlərlə azarkeş toplayıb.

Bakıda yarış 25 Sentyabr saat 14.00-dan 18.00-dək  Həsənoğlu küçəsi (Heydər Əliyev Mərkəzinin yanı) ünvanında keçiriləcəkdir.

Qeydiyyat mərhələsi.

Bu mərhələ ərzində iştirak etmək istəyənlərə arabalarının cizgisini (çertyojunu) çəkmək üçün dəst veriləcəkdir. Dəsti 28.07.2016 (daxil) tarixinə qədər, aşağıdakı ünvanlarda əldə edə bilərsiniz:

● Red Bull Ofis – Xanlar 2 küç., Bayıl qəs. (Dəniz Administrasiyasının yanı) 5 mərtəbəli binanın 5-ci mərtəbəsi. 15:00-dan 19:00-a qədər.

● Xaqani bağının (Molokan bağının) yanı, Nizami küçəsinin girişində sabahdan etibarən saat 18:00-dan 20:00-a qədər Event Car və bizim işçilər dayanacaq.

Dəstlər 28.07.2016 tarixinədək (daxil) veriləcəkdir.

Dəstləri götürdükdən sonra 07.08.2016 tarixinədək cizgiləri və qeydiyyat formalarını ofisı çatdırmalısınız. Çatdırılma iki yol ilə mümkündür:

● Red Bull Ofis – Xanlar 2 küç., AZ1003, Bakı şəh., Bayıl qəs. (Dəniz Administrasiyasının yanı) 5 mərtəbəli binanın 5-ci mərtəbəsinə gətirə bilərsiniz və ya poçt ilə göndərə bilərsiniz. 09:00-dan 19:00-a qədər.

● Skan edib e-mail ünvanına göndərə bilərsiniz – redbullsoapboxrace@az.redbull.com

Və artıq yığılan cizgi və qeydiyyat formalardan iştirak edəcək komandaların seçimi başa çatıb.

İştirak edəcək olan komandalara uğurlar arzu edirik.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: