EventsFestivallarIdmanTəqdimatƏyləncə

Red Bull Dance Your Style beynəlxalq rəqs yarışması ilk dəfə Azərbaycanda

Avqustun 25-də Bakıda ilk dəfə olaraq Heydər Əliyev Mərkəzinin parkında “Red Bull Dance Your Style”rəqs yarışması keçiriləcək.

“Red Bull Dance Your Style” müxtəlif küçə üslublu rəqslərini nümayiş etdirən rəqqasların iştirak etdiyi beynəlxalq rəqs yarışmasıdır.Bu yarışma 2018-ci ildə 20 ölkədə keçirilib. Yüksək marağa səbəb olduğuna görə 2019-cu il ərzində dünyanın 30-dan çox ölkəsində və 50 ayrı məkanda keçirilir.

Bakı seçimlərində iştirak edəcək 16 yerli rəqqas artıq müəyyən olunub. Seçim prosesi məşhur fransalı rəqqas, görkəmli müəllim, Jüste Debu (Juste Debout) rəqs tədbirinin və məktəbinin yaradıcısı Brüs İkanji (Bruce Ykanji) tərəfindən həyata keçirilib.

Yarışmanın dünya üzrə finalı oktyabrın 12-də Parisdə keçiriləcək.  Azərbaycandan olan qalib Parisdə dünyanın ən yaxşı rəqqasları ilə mübarizə aparıb, dünya birincisi olmaq şansı qazanacaq. Və bu şansı ona izləyici olaraq məhz sən verə bilərsən. Bu, “Red Bull Dance Your Style” yarışmasının özünəməxsus xüsusiyyətidir. Yarışmada münsif  heyəti yoxdur. Münsiflər rolunda tamaşaçılar çıxış edir.

Meydançada mübarizə aparan iki rəqqasın performansını izləyərək hansının daha yaxşı olduğunu tamaşaçılar kart vasitəsi ilə seçirlər.Həmin kartlar ikitərəfli, iki rəngdədirlər- göy və qırmızı. İştirakçı rəqqaslar da göy və qırmızı rənglər altında çıxış edirlər. Tamaşaçılarrəqqasların çıxışından sonra bəyəndikləri rəqqasın rəngində olan kartın tərəfini qaldırıraq onun leyhinə səs vermis olurlar. Yarışmanın ikinci xüsusiyyəti odur ki, rəqqaslar rəqs musiqisi deyil, hərkəsin sevdiyi müasir hitlərin musiqisialtında rəqs edirlər. Ən əsası isə odur ki, musiqi əvvəlcədən DJ tərəfindən seçilir və rəqqasın rəqs edəcəyi musiqidən xəbəri olmur.

Avqustun 25-dəsaat 18:00-da Heydər Əliyev Mərkəzinin parkında ölkəmizi Parisdə “Red Bull Dance Your Style”beynəlxalq rəqs yarışmasının dünya finalında təmsil edəcək rəqqası məhz sən seç. Tədbirdə xüsusi qonaqların çıxışları da gözlənilir. Giriş sərbəstdir.

Ətraflı məlumat: REDBULL.AZ/DANCEYOURSTYLE

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!