“Region Liqası” turnirinin püşkü atılıb

Püşkatma mərasimi 3 şəhərdə – Sumqayıtda (Kapital Bank Arena), Sabirabadda (Gənclər Mərkəzi, akt zalı) və Oğuzda (Təhsil şöbəsi, akt zalı) keçirilib.

Püşkatmalarda AFFA-nın Məşqçilər Komitəsinin üzvləri və regional futbol federasiyalarının nümayəndələri iştirak edib. Liqanın oyunlarına dekabrın 16-da və 17-də start veriləcək. Məlumat üçün qeyd edək ki, “Region Liqası”nın oyunları 3 zona üzrə (Paytaxt və Şimal; Cənub və Mərkəz, Şimal-Qərb və Qərb) keçiriləcək. Hər birində 4 və ya 5 iştirakçı olmaqla komandalar 2 qrupda mübarizə aparacaq. Bu mərhələ 4 dövrədən ibarət olacaq. Hər zona üzrə qalibi müəyyənləşdirmək üçün qrup mərhələsini birinci pillədə başa vuran komandalar arasında pley-off qarşılaşması təşkil ediləcək. Qalib komandalar yarımfinala vəsiqə qazanacaqlar. Yarımfinal mərhələsində 3 zonanın qalibi ilə yanaşı, Naxçıvan Muxtar Respublikası üzrə birinci yeri tutmuş komanda da iştirak edəcək. Qarşılaşmalar neytral meydanda keçiriləcək və bir oyundan ibarət olacaq. Final və üçüncü yer uğrunda oyun da neytral meydanda keçiriləcək. Turnirin iştirakçı komandalarının zonalar üzrə bölgüsünü və püşkün nəticəsinə uyğun olaraq, birinci turda keçiriləcək oyunların siyahısını diqqətinizə çatdırırıq.

PAYTAXT VƏ ŞİMAL ZONASI: 1. TUFAN (BAKI) 2. ÜMİD (BAKI) 3. ŞAĞAN 4. ŞIXLAR FK (QOBUSTAN) 5. ŞAHDAĞ (QUSAR) 6. ŞAHDAĞ (QUBA) 7. SƏHLİYALI (ŞABRAN) 8. UĞUR (SUMQAYIT) CƏNUB VƏ ARAN ZONASI: 1. ÜMİD (CƏLİLABAD) 2. DİNAMO (YARDIMLI) 3. CƏNUB RFF 4. ASTARA 5. NEFTÇALA 6. FÜZULİ 7. GƏNCLİK (SABİRABAD) 8. KÜRDƏMİR ŞİMAL QƏRB VƏ QƏRB ZONASI: 1. ŞƏKİ 2. KÜRMÜK (QAX) 3. OĞUZ 4. ŞİRVAN (AĞDAŞ) 5. ENERGETİK (MİNGƏÇEVİR) 6. GÖYƏZƏN (QAZAX) 7. ŞƏMKİR 8. XƏMSƏ

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: