“Region ölkələri üçün Dayanıqlı İnkişaf forumu” keçirilib

20-22 Mart 2019-cu il tarixində İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası tərəfindən təşkil olunan “Region ölkələri üçün Dayanıqlı İnkişaf forumu” keçirilmişdir. İlkin olaraq, 20 Mart tarixində Avropa Gənclər Forumu və BMT-nin Uşaq və Gənclər Qrupunun təşkilatçılığı ilə Regional Foruma hazırlıq görüşü keçirilmişdir. Tədbirin əsas məqsədi, müxtəlif ölkələrdən olan gəncləri bir araya toplayaraq onlara təcrübələrini bölüşmələrinə və yeni məlumatlar əldə etməklərinə imkan yaratmaqdır. 2015-ci ildə 193 hökumət Birləşmiş Millətlər Təşkilatının 2030 Gündəliyi – “Dayanıqlı inkişaf üçün hərəkət planı”nı qəbul etmişdir. Əsas mahiyyəti insanların, planetin, rifahın, sülhün və əməkdaşlığın ən böyük problemlərindən bəzilərini həll etmək üçün konkret hədəflər müəyyən edən 17 Dayanıqlı İnkişaf Məqsədidir. Forumda 17 Dayanıqlı İnkişaf Məqsədinin 6 əsas hədəfi nəzərdən keçirilib.

Görüş zamanı müxtəlif ölkələrdən olan iştirakçılar öz təcrübələrini paylaşaraq 21-22 Mart tarixində baş tutmuş Regional Forumda vətəndaş cəmiyyəti nümayəndələri adından Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün öz təkliflərini hazırlamış və butəklifləri Regional Forumda vətəndaş cəmiyyəti nümayəndələrinin çıxışı zamanı bildirmişlər. Təcrübə mübadiləsi zamanı Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının (NAYORA) Yerli layihələr üzrə katibi Azər Əliyev, ilk öncə NAYORA-nın tarixi, fəaliyyəti və üzv təşkilatları barədəgeniş məlumat verərək,qurumunDİM-lər üzrə görülmüş işləri, Azərbaycanda DİM-lərin milliləşdirilməsi prosesinin başa çatdırıldığını, bir sıra dövlət proqramlarının DİM-lərin məqsəd və hədəflərinə uyğunlaşdırıldığını, eyni zamanda, NAYORA-nın qarşıda duran hədəflərivə gələcək fəaliyyəti barədə ətraflı danışıb. Azər Əliyev ölkəmizdə son başladılan və ümumilikdə, 10 000 gənci əhatə edən “Dayanıqlı gələcəyin üçün fikrini bildir!” adlı sorğu, sorğunun gedişatı və əldə olunan nəticələr haqqında ətraflı məlumat verərək,Dayanıqlı İnkişaf Məqsədlərinin həlli istiqamətində kəmiyyət statistikası yaradılması yolunda gənclərimizin də payının olmasının sevindirici hal olduğunu bildirib. Daha sonra, o, çıxışında Azərbaycanın bu il regionda ilk ölkə olaraq ikinci dəfə BMT-nin İqtisadi və Sosial Şurasının himayədarlığı ilə keçirilən Yüksək Səviyyəli Siyasi Forumda könüllü milli hesabatını təqdim edəcəyini qeyd edib.

21-22 Mart tarixində keçirilən Regional Forum aşağıdakı əsas seqmentlərdən ibarətdir:

Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasıölkərinin Milli Könüllü Hesabatlarını müzakirə etmiş və onların hazırlıq prosesi barədə məlumatlar təqdim edilmişdir;

Keyfiyyətli təhsil (4-cü Məqsəd), Layiqli əmək və iqtisadi artım (8-ci Məqsəd), Bərabərsizliyin azaldılması (10-cu Məqsəd), İqlim dəyişikliyinə qarşı mübarizə (13-cü Məqsəd), Sülh, ədalət və səmərəli institutlar (16-cı Məqsəd) və Məqsədlər üçün tərəfdaşlıq (17-ci Məqsəd) mövzularında təşkil olunmuş dəyirmi masalarda iştirakçılar interaktiv müzakirələrdə və praktiki həllərin mübadiləsi prosseslərində yaxından iştirak etmişlər.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: