EventsSərgiTəqdimat

Regionlarda gənc rəssamların əsərlərindən ibarət “Təsviri sənət” rəsm sərgisi keçiriləcək

Sərginin təşkilatçıları

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
– Sərgi respublikanın bir neçə şəhər və rayonlarında nümayiş etdiriləcək , kataloq dərc olunacaq , iştirakçilara sertifikat təqdim olunacaq

Sərginin şərtləri:
• Sərgidə 14-29 yaş arası rəssamlar iştirak edə bilər.
• Sərgiyə rəngkarlıq və qrafika texnikalarında işlənmiş sərbəst mövzuda rəsm işləri təqdim edilə bilər.
• Qrafika işləri A3 və A4 formatında, rəngkarlıq işləri üçün isə maksimum ölçü 100×100 ola bilər. Material – kətan, kağız, karton , yağlı boya, akril, quaş, pastel, rəngli karandaş və flomasterlər, ebru və monotip, qarışıq texnika.
• Rəsmin arxa tərəfində işin adı, işləndiyi texnika, müəllifin adı, soyadı, atasının adı və əlaqə nömrəsi qeyd olunmalıdır.

10 noyabr tarixindən gec olmayarq rəsm işlərini Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Muzey-Sərgi Kompleksi, Bakı şəhəri, H.Əliyev prospekti 24. ünvanına təqdim etmək lazımdır. 
Tel: (+994)12566-56-69

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!