Regionun ən iri biznes mükafatının təqdimatının keçiriləcəyi məkan seçilib

Azərbaycanın paytaxtı Navigator Business Award biznes sahəsində olan mükafatın Təntənəli Mərasiminin keçiriləcəyi məkan seçilib.

Mükafatın təşkilat komitəsindən bildirilib ki, müsabiqə bu il Azərbaycanı və Gürcüstanı əhatə etdiyi üçün yekun mərasimin keçiriləcəyi yerin seçimi Bakı və Tbilisi arasında idi. Təşkilat komitəsi Bakının regionda artan nüfuzunu nəzərə alaraq Azərbaycanın paytaxtı üzrə qərar verib. Bakı və Tbilisiyə alternativ variant hər iki paytaxtdan təxminən eyni məsafədə yerləşən Gəncə şəhəri idi.

Mükafatın ilkin olaraq Azərbaycan və Gürcüstan üçün nəzərdə tutulmasına baxmayaraq təşkilat komitəsi digər ölkələrdən, o cümlədən İran, Türkiyə, Ukrayna, Özbəkistan, Qazaxıstan və Rusiyadan gələn çoxlu sayda sorğuları nəzərə alaraq növbəti il mərasimin başqa bir şəhərdə keçirilməsi imkanını da istisna etmir.

Qeyd etmək lazımdır ki, Navigator Business Award mükafatı Azərbaycan və Gürcüstanda fəaliyyət göstərən 27 min şirkəti əhatə edir ki, məhz elə həmin şirkətlərin arasından da iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən ən layiqliləri seçiləcək. Mükafatın təşkilatçısı Navigator.az biznes portalıdır. Qaliblər 2018-ci ilin yanvarında elan olunacaq.

Mükafatda iştirak etmək üçün sorğunu www.nba.az saytı vasitəsilə göndərmək olar.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: